//Koreyada ediləcək alış-veriş siyahısı

Koreyada ediləcək alış-veriş siyahısı

Həmişəkindən daha sürətli qloballaşan  bir dünyada, səyahət edən hər insan bir dilemmada qalır – səyahətnizi təmsil edən ən yaxşı hədiyyəlik əşya nədir? Cənubi Koreyaya səyahət edərkən nə almaq olar? Seul, alış-veriş üçün mükəmməl bir yerdir, buna görə də gətirmək istədiyiniz bütün şeylər üçün baqaj yerinizi açın! Sizə Cənubi Koreyadan ala biləcəyiniz hədiyyəlik əşyalar haqqında məlumat verəcəm.
Cənubi Koreya, xüsusilə də Seul ticarət mərkəzləri, bazarları ilə məhşurdur. Gördüyünüz zaman almaq istəyəcəyiniz şirin, qəşəng və ya dəbə uyğun  məhsullar yaratmaqda çox uğurludular. Koreyada hər gördüyünüz şeyi almaq istəsəniz də, sizə xüsusilə almalı olduğunuz məhulların siyahısını verəcəm.

1. Ramyon (hazır əriştə)

Əgər siz özünüz və dostlarınıza Koreyanın acılı yeməkləri ilə meydan oxumaq istəyirsinizsə, sizə mütləq ramyon lazımdır. Ramyon Cənubi Koreyada ən məhşur yeməkdir. Onun əriştəi adətən qalın olur və ədviyyatlı və çox istiotlu suyun içərisində olur. Amma narahat olmayın istiot səviyyəsini əlavə ləzzətlərlə aşağı salmaq olar.

  • ☞ Satış yeri: Supermarketlər, Rahat marketlər
  • ☞ Qiyməti: növünə görə dəyişir,  adətən 400 vondan başlayır

2. Qurudulmuş yosun.

 

Koreya yosunu  alınacaqlar siyahısının başında olmalıdır. Sadə, lakin qida maddəsi ilə dolu bir qida olan yosun, düyü ilə və qəlyanaltı kimi yeyilə bilər. Yosun dəniz ətri  ilə qurudulduğu üçün duzlu dada sahibdir. Lakin bu günlərdə siz kimchi və vasabidən  közdə mal ətinə  qədər müxtəlif ətirli  ypsunlar tapa bilərsiz! Yosunlar müxtəlif ölçülərdə olurlar; kimbab hazırlamaq üçün böyük listlər formasında və ya qarnir kimi yemək üçün kiçik ölçülərdə.

  • ☞ Satış yeri: Supermarketlər, Rahat dükanlar, ənənəvi bazarlar (ətirli yosunları Seul xaricində tapmaq çətin ola bilər)
  • ☞ Qiyməti: Ölçüsü və markasına görə dəyişir, 1000 vondan başlayır

3. Socu

Yerli xalqın etdiyi kimi edib yeməklə birlikdə için. Ənənəvi Koreya yemək mədəniyyətini yoxlamaq üçün yeməyinizlə birlikdə socu için. Socu şəffaf və rəngsiz içkidir və ölkədə bir nömrəli spirtli içki olduğu üçün çox məhşurdur. İçdikdən sonra boğazı isidən güclü dadı var. Bəziləri orijinal versiyasını çox güclü  olduğunu fikirlərşir, ona görə də Socunun  moruq, ananas, greyfurt və s. kimi müxtəlif dadlarda olanı var.

  • ☞ Satış yeri: Supermarketlər, Rahat marketlər və adətən restoranlarda servis edilir.
  • ☞ Qiyməti:  təxminən 3000 von

3. Acı ədviyyəli toyuq sousu

Son zamanlarda xaricilər arasında təhlükəsiz secim olan bibimbap və bulqoqi ən çox sevilən Koreya qidaları kimi öz rolunu itirib. Bu günlərdə, Koreya qızardılmış toyuq hökm sürür! Koreya qızardılmış toyuğu elə xüsusi edir ki, şirin və ədviyyəli ətirli marinada izah etmək nə qədər çətindi. Amma yaxşı ki, mağazandan acı ədviyyatlı toyuq sousun alıb ostlarınız və ailənizə onun dadını göstərə bilərsiniz!

  • ☞ Satış yeri: Supermarketlər, Rahat marketlər , ənənvi bazarlar, online mağaza
  • ☞ Qiyməti: Ölçüsü və markasına görə dəyişir, şüşəsi  2000 vondan başlayır (200 qr)

4. QIRMIZI KOREYA JENŞENİ

 

Koreyanın “gizli  super qidası” da adlandırılan  qırmızı jenşeni, eyni ilə C vitamini kimi xüsusi müalicəvi xüsusiyyətləri ilə tanınır. Adətən, immunitet sistemini gücləndirmək və streslə mübarizə aparmaq üçün istifadə olunur. Koreyanın dünyada ən yaxşı jenşen istehsalçılarından biridir. Ona görə də evə aparmaq üçün ən yaxşı məhsullardan biridir.

  • ☞ Satış yeri: Yerli mağazalarda
  • ☞ Qiyməti:  38.000 vondan başlayır

5. Corab

Dəftərxana dükanları sevimli əşyalarla doludur və kiçik suvenirlər üçün idealdır. Ancaq qəribə səslənsə də corab ən məşhur hədiyyəlik əşyalardan biridir. Koreya corablarını belə məhşur edən tamer zolaqlı coradan məşhur cizgi filmləri obrazlarına qədər müxtəlif rəng və unikal  dizaynlarda olmasıdır. Belə çox satılmasının əsas səbələrindən biri də çox ucuz olmasıdır.

  • ☞ Satış yeri: Dəftərxana ləvazimatları mağazası, Supermarketlər, Rahat marketlər , ənənvi bazarlar, online mağaza
  • ☞ Qiyməti:  mağazadan asılı olaraq dəyişsə də 1000 vondan başlayır ( bəzi mağazalar təkcə nəğd pul qəbul edir)

6. Sheet masks  (kağız maskalar)

 

Koreyalılar təmiz, təravətli dəri üçün etdikləri həddindən artıq uzun gözəllik addımları ilə tanınırlar. Ancaq gündəlik 12 addımlıq rejimi etmək çox çətindi. Xoşbəxtlikdən, K-gözəllik məhsulları bu zaman da köməyinizə çatır və siz təkcə kağız maskaları istifdə etməklə də  nəticəni görə bilərsiniz! K-gözəllik məhsullarının  gücünü dostları ilə bölüşmək üçün onlara  asan istifadə olunan maskalardan hədiyyə edin. Tez-tez  BOGO və ya on + on kimi xüsusi təkliflərlə satılır. İstənilər dəri tipi üçün müxtəlif növlərdə maskalar mövzuddur.

  • ☞ Satış yeri: Kossmetika mağazaları, Dəftərxana ləvazimatları, ənənvi bazarlar, online mağaza
  • ☞ Qiyməti:  markasına görə qiyməti dəyişir, aətən 1000 vondan başlayır

7. İçki stəkanları

İçki Koreya mədəniyyətinin  böyük bir hissəsidir. Və xaricilər təkcə socu və piyvəni qarışdırıb “şərəfə” demək əvəzinə “konbe” deməklə bu mədəniyyəti mənimsəyə bilməzlər. Bu mədəniyyət,  Koreyada içki şüşələrində daha irəliyə gedir. Adətən qısa socu stəkanları və böyük piyvə stəkanları var. Lakin  Koreyana bunlarla yanaşı içkiləri qarışdıran zaman  alkaqolunu tənzimləmək üçün somek (socu və piyvə) kimi qarışdırma stəkanları da satılır. İçməkdən zövq alan ailə və dostlarınız üçün, bir sıra qarışdırma stəkanlarından alıb onlarla Koreya içki mədəniyyətini bölüşə bilərsiniz!

  • ☞ Satış yeri: Dəftərxana ləvazimatları mağazası, Supermarketlər,  ənənvi bazarlar, online mağaza
  • ☞ Qiyməti:  məhsula görə qiyməti dəyişir, adətən 1000 vondan başlayır.

8.Hanci

Koreyaya aid olan nə ala bilərəm deyirsinizsə, o zaman hanci axtarın. Hanci və ya Koreya kağızı- bu Koreyada  hazırlanan əlyazma kağızıdır. Bu kağızlar dözümlü olduğu üçün onları satın aldıqdan sonra bir neçə il istifadə bilərsiniz. Əl sənət əşyalarından jurnallara qədər çox fərqli şeylərdə istifadə edə bilərsiniz.

  • ☞ Satış yeri: Hanci Çuok, Insadonq Rayonu
  • ☞ Qiyməti:  1000 vondan başlayır.

9. Dəftərxana ləvazimatı

Koreaya “Dəftərxna mədəniyyəti” adlandırılan hər şeyə sahibdir və bura dəftərxana ləvazimatları ilə doludur. Qələmlərdən kağızlara, etiketlərə, ştamplara və notbuklara qədər hər şey tapa bilərsiz, bura dəftərxana ləvazimatların sevənlər üçün cənnətdir. Bunlar hamısı çox şirin, faydalı və gözəldir, buna görə burada olarkən çox şey alın.

  • ☞ Satış yeri: Kyobo Bookstore, Artbox, Line friends
  • ☞ Qiyməti:  qiymət məhsula görə dəyişir.

10.Hanbok

Bunu şəkillərdə və ya sevdiyiniz Koreya seriyalarında görmüsünüz, ancaq onu yaxından baxıb, toxunduğunuzda tamamilə fərqli olduğun görəcəksiz. Hanbok onu geyın insanlar kimi zərifdir. Bu  Koreyanın ənənəvi geyimidir və ceqorii (köynək və ya gödəkçə) və çimadan  (beldən uzun yubkadan ) hazırlanmışdır. Koreyalılar artıq Hanboku gündəlik həyatlarında geyinmirlər. Amma yarı-rəsmi dəvətlərdə və xüsusi günlərdə  geyinirlər. Siz də öz K-drama fantaziyalarınızı  yaşamaq istəyirsinizsə onu yaxlaya bilərsiz.

  • ☞ Satış yeri: Qvanqcanq bazarı, Donqdemun bazarı
  • ☞ Qiyməti: Qiymətlər keyfiyyət və parçaya görə dəyişir

 

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər