Azərbaycanlı Allahverdi, Koreyada Azərbaycanı və Türkiyəni təmsil edir və tanıdır.
26 yaşındakı Allahverdi, Koreyaya ilk dəfə 2014-cü ildə gələrək, Sunqkyunkvan Universitetini bitirib.
Hal-hazırda, Koreyada modellik və aktyorluq edən Allahverdi, bir çox reklam filmində də iştirak edib. Bundan başqa, “Welcome, First Time in Korea?”, “South Korean Foreigners” və “Travelmaker” kimi bir çox TV proqramları ilə Azərbaycanla birlikdə Türkiyəni də təmsil edib. Koreyalılara Azərbaycan ve Türkiyə xalqını və mədəniyyətini tanıdır.
Koreyada onu daha yüksək yerlərdə görmək, ölkəmizi və qardaş ölkə Türkiyəni tanıtmağa davam etdirməsini diləyirik. Buna görədə, izləyici sayısının vacib olduğu Koreyada, ona dəstək olmaq üçün, Allahverdinin instagram (@albennim) hesabını izləyək və həmyerlimizə dəstək olaq.
Allahverdiyə uğurlar arzulayırıq.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020