//Koreya Yeni İli – Solnal

Koreya Yeni İli – Solnal

Koreyalılar 1 Yanvar yeni ilini qeyd etməklərinə baxmayaraq,  Ay yeni ilini də qeyd edirlər. “Solnal” qış gün dönümünü təqib edən ikinci yeni ayda meydana gələn mədəni baxımdan əhəmiyyətli bir tətil olan Koreya yeni ilidir. Solnal bu il 15-17 fevral tarixinə təsadüf etdi. Koreyalıların ilin bu vacib zamanını necə qeyd etdikləri ilə gəlin yaxından tanış olaq.

Solnal, bayramın ilk günü, bayramdan əvvəlki gün və sonrakı gün olmaqla 3 gün qeyd olunur. İlin ən böyük tətil vaxtı olmasına görə qida, hədiyyə və səyahət xərcləri üçün hazırlıq görmək mütləqdir. Bu tətil vaxtı ailələr Koreyanın dörd bir yanından bir yerə yığışırlar və hətta ölkə xaricindəki ailə üzvləri bayramı qeyd etmək üçün evlərinə qayıdır. Bu səbəblə səyahət xərcləri çox yüksəkdir və ilin ən sıxlıq zamanıdır. Yeni ilin başlanğıcını təbrik etmək üçün olan bir bayramdan çox Solnal, Koreya xalqı üçün xüsusi bir haldır. Sadəcə, əcdadlarına hörmət və ehtiramlarını göstərmələri üçün deyil, eyni zamanda onların digər ailə üzvlərinə çata bilmələri üçün də bir fürsətdir. Daha sonra isə gözəl Hanboklar (ənənəvi geyim) içindəki insanları görmək, əcdadlarından qalma ayinləri etmək və ya xalq oyunları oynamaq, ləzzətli ənənəvi yeməklərdən yemək, gecənin irəliləyən saatlarında söhbət edənləri və hekayələri  eşitmək bu şənliklərdə müşahidə edilən görüntülər arasındadır. Bu xüsusi zamanda ən vacib Solnal adətlərindən ikisi Çarye əcdadları yad etmə və Sebe`dir.

Çarye ailənin əcdadlarının yad edildiyi, sülh və sağlam həyat istənilən bir ritualdır. Solnal sabahı həyata keçirilir. Çarye masası əvvəldən müəyyən edilmiş şəkildə  yerləşdirilmişdir. Yeməklərin tərkibi dəyişə bilər, amma çoxluqla düyü, ət, dəniz məhsulları, spirtli içki, meyvə və tərəvəzdən ibarət olur. Şaftalı və qırmızı lobya heç vaxt istifadə edilmir, çünki bunların ruhları uzaq tutduqlarına inanılır.

Masanın qarşısında ailə üzvləri adətə görə düzülür və hörmət əlaməti olaraq bir dəfə baş əyirlər. Ritualdan sonra başqa bir ritual olan Imbok`a keçilir. Burada ailə üzvləri yaxşı şans gətirməsi üçün socu içir. Bu rituallar vaxtı bir çox ailə Koreya Milli geyimi olan Hanbok  geyinir.

Ailənin gənc üzvləri Sebe edirlər, yəni ailə böyüklərini salamlayırlar. Salamlama vaxtı “xoşbəxt illər” ya da “yeni ildə bol qazanclar” mənasına gələn “seha boq mani padıseyo” deyirlər.  Bizdə bayram zamanı balacalar necə böyüklərin bayramını təbrik etdikləri zaman bayram payı alırlarsa, Sebe zamanı xoş niyyətini və şükürlərini edən balacalar da “boqcumoni” adlanan xüsusi kasalarda bayram paylarını alırlar.

Adət-ənənlərini unutmayan və hələ də yaşadan Koreyanın bu önəmli bayramını gecdə olsa, biz də təbrik edirik..

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)