//Koreya üsulu “Balıq keki”

Koreya üsulu “Balıq keki”

Ərzaqlar

½ kq  ağ ətli balıq filesi  
100 qr  kalmar
100 qr  krevetka
2 diş sarımsaq
1 baş quru soğan 
¼ su stəkanı un
¼ su stəkanı  nişasta
1 yumurtanın ağı
1 xörək qaşığı duru yağ
1 çay qaşığı duz
1 çay qaşığı  şəkər tozu
¼ çay qaşığı qarabibər

Qızartmaq üçün
3 su stəkanı duru yağ

 

 

Hazırlanması

Krevetkaların  qabığlarını təmizləyib yuyun. Kalmarları yuyub incə incə  doğrayın. Balıqları təzmizləyib sümüklərini ayırın.

Balıqları kiçik hissələrə ayırıb blebderdə çəkin. Digər bütün ərzaqları da balığa əlavə edib   xəmir halına gələnə kimi 2-3 dəfəyə qədər blenderdə çəkməyə davam edin.

Qızartma tavasına 3 su stəkanı duru yağ töküb qızdırınHazırladığınız xəmirə bir miqdar duru yağ əlavə edib qarışdırın. Bir bıçaq yardımıyla hazırladığınız xəmirdən götürüb mətbəx taxtası  üzərində yuvarlayaraq barmaq qalınlığında rulonlar formasına gətirin (istədiyiniz formada edə bilərsiz  )  və qaynar yağda qızardın. Təxmini  5-6 dəqiqə qızardın. Qızaran balıq keklərinin  yağını süzdürmək üçün salfet üzərinə qoyun və istədiyiniz formada doğrayıb servis edə bilərsiz

 

Toğrul Xəlilli

Toğrul_민수
Toğrul Xəlilli

Latest posts by Toğrul Xəlilli (see all)