//Koreya ürəkləri (K-Heart) Hollywooda qədər gedib çatdı

Koreya ürəkləri (K-Heart) Hollywooda qədər gedib çatdı

Koreyada hər fotosessiyada məcburi duruşa çevrilən K-Heart və ya Fingertheart (baş və nişan barmaqlarından ibarət ürək) bütün dünyanı fəth edir.

Son vaxtlar K-pop okeanın o biri tayında da məşhurluq əldə edir. BTSEXOBLACKPINKNCT 127 və başqa ifaçılar bütün dünyanı k-pop haqqında danışmağa vadar etdi. Hollywood-da yalnız musiqi deyil, həm də Koreya ürəkləri sevildi.

K-Heart-ın Hollywood-dakı özünəməxsus «yolunu» sizə təqdim edirik.

2016-cı il: Hugh Jackman və Taron Egerton

2016-cı ilin mart ayında hər iki aktyor «Eddie the Eagle» filminin irəliləyişi üçün Koreyaya baş çəkdi. Onlar press-konfransda iştirak edib qırmızı xalça mərasiminə baş çəkdilər. Məkanların hər birində aktyorların K-Heart göstərməyini xahiş etdilər. Həm Hugh, həm də Taron bunun öhdəsindən çox yaxşı gəldi.

Fevral 2018: «Black Panther» ailəsi

Vakanda kral ailəsi Koreya ürəyi etmək bacarığını nümayiş etdirdi. «Black Panther» filminin aktyorları Chadwick Boseman, Michael B. JordanLupita Nyong’o və rejissor Ryan Coogler 2018-ci ilin fevralında Koreyaya baş çəkdilər. Onlar müxtəlif tədbirlərə dəvət olunur və koreyalı pərəstişkarlarla ünsiyyət qururdular. Görüşdə bütün aktyorlar sevinclə Fingertheart duruşu etdilər.

2017-ci il: «Baby Driver»

2017-ci ildə Ansel Elgort Seulda «Baby Driver» filminə həsr olunmuş promo-aksiyada iştirak etmişdi. Ansel press-konfransda Fingertheart etmək bacarığını sevinclə nümayiş etdirirdi.

Аprel 2018: Marvel kainatından gəlmələr

Kinematoqrafik Marvel kainatının qəhrəmanları da həmçinin K-Heart duruşu edərək pərəstişkarları sevindirdi. Benedict Cumberbatch, Tom HiddlestonТоm HollandPom Klementieff «Avengers: Infinity War» filminə həsr olunmuş tədbirdə pərəstişkarları sevimli ürəklərlə salamladırlar.

İyul 2018: «Mission: Impossible – Fallout»

Simon Pegg — pərəstişkarlarının sevgisinə bütün mümkün olan üsullarla cavab verən bir aktyor daha. О və filmin digər aktyorları da Koreyaya baş çəkiblər. Simon hava limanında Koreya torpaqlarına ayaq basma sevincini iki əli ilə ürək düzəldərək bildirdi. Press-konfransda isə o, Tom Cruise-a K-Heart etməyi öyrətdi.

2019-cu il: Emma Stone

Koreyada daxili tədbirlərdə ulduzların duruş yerinə istifadə etdiyi K-Heart Hollywooda da gəlib çatdı. «Saturday Night Live» şousunda BTS ilə birgə gecə məclisi yaradan Emma Stone, şounun efirində qrupu yeni mahnısı ilə təqdim edərək Fingertheart göstərdi.