//Koreya ulduzlarının psixoloji problemlərə qarşı mübarizəsi

Koreya ulduzlarının psixoloji problemlərə qarşı mübarizəsi

 

Dünya statistikasına əsasən Koreya halyusu 90 milyon pərəstişkardan ibarətdir. Bu rəqəmlər YouTube kanallarında izlənmə sayı, albom satışları və digər göstəricilər qarşısında hələ heçnədir. Bu qədər kütlənin istəyinə uyğun olmaq, onların arzularını reallaşdıra bilmək, k-pop üzvləri üçün ən böyük problemlərdən biridir. Hansı ki, sırf bu problemlər ucbatından bəzi müğənni və aktyorlar psixoloji problemlər ilə üzləşir. İş orasındadır ki, Koreyada psixoloji problemlərdən danışmaq utandırıcı hal hesab olunduğundan, çox insan bu haqda açıq aşkar danışa bilmir. Psixoloji problemləri olan insanlar təkcə adi vətəndaşlar arasında deyil, həm də məşhurlar arasında da var. Əbəs yerə mütəxəsislər psixoloji problemlər ilə üzləşənlərin, ən çox səhnə adamları, yaradıcı insanlar olduğunu demir. Bəzən bu kimi hallarda onlar bu problemin öhdəsindən gələ bilmir və ən yaxşı halda depresiyaya meyilli olurlar. Depresiya özü özlüyündə artıq ciddi problemlərdən biri hesab olunur. Belə ki, sırf depresiya qurbanlarının sonu əksər hallarda intihar ilə nəticələnir. 2017 ci ildə SHINee qrupunun üzvü Conq Hyonun (Jonghyun) özünü öldürməsi bu problemi yenidən gündəmə gətirdi. Halbuki, sevilən müğənni dəfələrlə verdiyi müsahibələrdə haqqsızlıqdan qorxduğunu, həqiqətən onu sevən və tanımaq istəyən bir nəfərin olmaması sözlərini deməsinə baxmayaraq, heç kim onun hisslərinin nə dərəcədə ciddi olduğunu belə düşünməzdi. Əslində bu müsahibələrdən sonra onu sevənlər ona dəstək olmalı, yanında olmalı, ona sevdiklərini sübut etməli idilər. Bu həyacan təbilini hamı görməməzlikdən gələrək, öz rutin həyatına davam etmişdi. Son nəticədə onun ölümü bütün k-pop sevərləri eləcədə SHINee pərəstişkarlarını dərin kədərə boğmuşdu. Hal-hazırda Conq Hyon (Jonghyun)  kimi psixoloji problemlər yaşayan, özünü bu boyda dünyada tənha bilən minlərlə insan var.

Bu probləmlər ilə üzləşən minlərlə insan olmasına baxmayaraq, ən çox məşhurların tibbi və sosial yardıma ehtiyyacı var. Amma tətbiq olunan qadağalar ucbatından onlar lazımi yardımı və dəstəyi ala bilmirlər. Adi insanların bu mövzü haqqında sərbəst söhbət edə bilməsinə baxmayaraq, məşhurlar bu haqda açıq aşkar danışa bilmirlər. Verlişlərin birində, söhbət əsnasında məşhurların psixoloji probləmlərə qarşı necə mübarizə apardığı sualı ilə qarşılaşdıqda, onların verdikləri cavabdan açıq aydın görünür ki, onlar adi insanlardan daha artıq depresiya təhlükəsinə məruz qalırlar. Aşağıda paylaşılan videolarda Epik High qrupundan Tablonun, BTS qrupundan Şuganın müsahibəsi buna açıq aydın dəlildir. Qeyd edək ki, bu probləmlər haqqında k-popçular mahnılarında da insanlara öz hisslərini, fikirlərini çatdırmağa çalışırlar. Epik High qrupunun “Sleepless In __________” mahnısı buna nümunədir.  BTS qrupunun üzvü Şuqanın “Yonhap News” verdiyi müsahibəsində bu sözləri deyib: “Mənə elə gəlir ki, mən ömrümün sonuna kimi tənha qalacağam. Bu haqqda çox düşünürüəm“. T-ara qrupundan Ci Yon (Jiyeon), Younha və s. bu problem ilə üzləşən məşhurlar siyahısına daxildir.

Təəsüflər olsun ki, Koreya məşhurları psixoloji problemlər haqqında danışmağı xoşlamır. San E mahnılarında dəfələrlə bu mövzuya toxunaraq, bu kimi hallar yaşayan hər bir kəsin müalicə olunmasina dair musiqili videolar yayımlanmışdır. O, öz videoları vasitəsi ilə insanların düşünücə tərzini dəyişməyə, bu probləmləri görməməzlikdən gəlməməyə, onun kökünü, səbəblərini araşdırmağa çalışmağı tövsiyə edir. Bütün insanlara, yaşanan bu problemin həyati ləkə, utanılası bir hərəkət olmadığını, hər bir kəsin ömründə heç olmasa bircə dəfə də olsun üzləşdiyi problem olduğunu insanlara çatdırmağa çalışır. Son zamanalar sadəcə məşhurlar deyil, eləcədə adi vətəndaşlar da bu problemin ciddi olduğunu anlayıb, ona qarşı mübarizə aparır. 2016-ci ildə Milli psixoloji sağlamlıq mərkəzi açıldıqdan sonra rahatlıqla demək olar ki, artıq bu probləmə qarşı qurulan münasibət baryerləri peşəkar şəkildə dağıldılmağa başlayıb.

Qeyd edək ki, son illər bu problemə qarşı yaradılan şərait dəyişsədə, intiharların sayı hələ də azalmayıb. Son 10 il ərzində, hər 40 nəfərdən biri öz həyatına son qoyur. 2015-ci ildə Koreya Səhiyyə Nazirliyinin apardığı araşdırmada məlum olub ki, 5 milyon yaşlı koreyalı depresiyanın yüksək mərhələsindən əziyyət çəkir. Onların 22.2% tibbi müalicə üsullarına müraciət edərək, bu vəziyyətdən çıxmağa çalışır. Bəzi hallarda onlar həkimə sadəcə depressiv pozuntu vəziyyətinə düşdükləri üçün deyil, gün ərzində özlərini daim yorğun, narahat, nigaran, həyəcanlı, əsəbi kimi hiss etdikləri səbəbindən müraciət edirlər. Unutmaq olmaz ki, bu göstəricilər depresiyanın ilkin mərhələsidir. Erkən yardım olduğunu nəzərə alaraq 2010-cu ildən intiharların sayı get-gedə azlamağa başalyıb. Amma hələ də, bu problem tamamilə həll olunmuş hesab olunmur.

Biz sevdiyimiz müğənilərin, idolların, aktyorların həyatlarının hər bir hissəsini bilməsək də, onların ruhunun, ürəyinin dərinliklərində nə hisslər keçirdiklərini, yaşadıqlarını anlamasaqda,  biz onların bir insan olduğu faktını, heç vaxt unutmamalıyıq. Məşhurlar səhnədə olduqları üçün öz hisslərini, arzularını gizlətməyə məcburdurlar. Narahat vəziyyətdə səhnəyə çıxmağa, gülməli olmasa belə gülməyə, hamının ürəyincə olmağa, pərəstişkaların arzusunu, istəyini həyata keçirtməyə çalışsalarda, axı onların da hissləri, istəkləri var. Block B qrupunun üzvü Park Kyonq (Park Kyung) BBC-yə verdiyi müsahibədə belə deyir: “Emosiyaları gizlətmək çox çətindir. Halbuki, səhnədə olanların öz hisslərini ifadə etmələrinə imkan yoxdur, çünki onların işləri əsl duyğularını gizlətmələrini tələb edir”.

İnsanlar tərəfindən səhv başa düşülmək qorxusunu hər bir insan yaşayır, bu qədər kütlə ilə əhatə olunmuş bu insanları anlamağa çalışmalıyıq. Ən azından buna cəhd etməliyik. Onlar məşhur olduqları üçün hər elədikləri səhv, gündəmə gəlir. Əslində adi insanlar öz şəxsi həyatlarında onlardan da artıq səhvlərə yol verirlər. Onları qinamağa, tək qoymağa heç bir pərəstişakarın, insanın haqqı yoxdur. Çunki, onlar həmişə bizi mahnıları, filmləri, gülməli hərəkətləri ilə sevindirib, üzümüzü güldürüblər. Mən düşünürəm ki, onlar həqiqətən də göydən yerə enmiş mələklərdirlər. Çunki, onların bir gülüşü, bir mahnısı, bir filmi milyonlarla insanı həyata qaytara bilib. Mahnılarda  ümid tapan minlərlə insan var. Onlar həyatımızın canlı Superman-ləridir desək ki, yanılmarıq. Sadəcə neçə həyat xilas etdiklərini heç özləridə bilmirlər. Gəlin bu faktı heç vaxt unutmayaq. Və onlardan nə səhv etmiş olsalar belə sevgimizi əsirgəməyək. Çunki biz əslində nəyin necə olduğunu bilə bilmərik.