Kunqcunq ddoqboqqi yeməyi haqqında eşitmisiniz? Kunqcunq ddoqboqqi keçmiş zamanlarda sarayda hazırlanan yeməklərdən idi. Kunqcunq ddoqboqqi bugünki acı ddoqboqqidən fərqli olaraq çoxlu ət və tərəvəz və soya sousu ilə hazırlanır və acı deyil.
Ərzaqlar (4 nəfərlik)
- 1 paket garaetteok (ddoqboqqi üçün olan silindir forlmalı doqq)
- 100 qram dana əti
- 2 yumurta sarısı
- 1 x/q kərə yağı
- 1x/q küncüd yağı
- 1 çay qaşığı küncüd
- 4 çay qaşığı soya sosu
- 1 x/q düyü sousu ( şəkər tozu və ya bal)
- 1 diş sarımsak, doğranmış
- 1 çay qaşığı qara istiot
- 1 x/q şam fıstığı (zövq görə)
Marinə etmək üçün
1 diş doğranmış sarımsaq ,
½ çay qaşığı soya sousu
½ çay qaşığı bal (və ya şəkər)
¼ çay qaşığı qara istiot
½ çay qaşığı susam yağı
Tərəvəzlər:
2 fincan ağ göbələk, doğranmış
⅓ kök, çubuq formasında doğranmış
½ fincan yaşıl bibər, incə zolaq formasında dilimlənmişdir
½ fincan qırmızı bibər, incə zolaq formasında dilimlənmiş
½ fincan soğan, dilimlənmiş
1. Suya biraz duz töküb qaynadın. Qaydanıqdan sonra doqqu töküb yarı-qaynadın. Yarı-qaynanmış doqqları sudan çıxardıb kündüd yağı tökün.

2.Ətlə göbələkləri dilimlənmiş formada doğrayın. Sonra ətə marine üçün hazırlanmış sousu tökün.
3. Kök, bibər, soğanı dilim formasında doğrayın.
4. Soya sousu, şəkər (və ya bal), doğranmış sarımsaq, doğranmış soğan, küncüd yağı və qara istiotu qarışdırıb sous hazırlayırıq.
5. Böyük teflon tavada kərə yağın töküb soğandan başlayaraq qızardın. Sonra ət, göbələk və doqqu qızardın. Bundan sonra kök, bibər növbə ilə qızardın.

6. Qızardılan ərzaqlara sousu töküb, bütün ərzaqları bişənə qədər hamısın qızardın.
7. Bişdikdən sonra üzərinə küncüd yağı, küncüd və qara istiot səpin.
Latest posts by Əliyeva Simuzər (see all)