//Koreya müharibəsi

Koreya müharibəsi

Koreya müharibəsi, Şimali Koreya ilə Cənubi Koreya arasında 1950-1953-cü illərdə baş vermiş vətəndaş müharibəsidir. Soyuq müharibənin ilk illərində baş verən bu münaqişə ABŞ və müttəfiqlərinin, daha sonra Çin Xalq Respublikasının iştirakı ilə beynəlxalq miqyas aldı. Koreya müharibəsinin sonunda Koreya 2 hissəyə bölünmüdür və iki tərəfin bir-birlərinə düşmənliyi bu günə miras qalmışdır. Müharibə tərəflərin qarşılıqlı hücumları ilə davam etsə də, bir-birlərinə qalib gələ bilməmişlər. Koreya müharibəsi Şimali Koreya (Sovet Rusiyası və Çin Xalq Respublikası) və Cənubi Koreya (ABŞ / BMT ittifaqı) arasında 2007-ci ildə imzalanmış müqavilə ilə yazılı olaraq qüvvədə qalır.

 

Koreya müharibəsinin səbəbləri:

Müharibədən əvvəl epidemiya xəstəliklərindən əziyyət çəkən Koreya digər dövlətlər tərəfindən də istifadə edilirdi və bu ölkənin iqtisadi inkişafı iflasa uğradı. 1905-ci ildə Rusiya çarizmini məğlub etdikdən sonra Yaponiya, Çinə təsir göstərmək üçün bölgədə strateji mövqe tutan Koreyaya hücum etdi.

II. Dünya müharibəsindən məğlub olan Yaponiya, torpaqlarından biri olan Koreyanı, ABŞ və Sovet Rusiyasına verməli oldu. Amerika və Sovet Rusiyası arasında 1945-ci ilin mayında, müharibə bitdikdən sonra imzalanan müqaviləyə əsasən, İngiltərə, Amerika, Rusiya və Çinin birlikdə qorunması qərara alındı. Ancaq Sovet Rusiyası 1945-ci ilin iyulunda Potsdam konfransında Uzaq Şərq müharibələrində iştirak etmək qərarına gəldikdə, Koreyadakı 38-cü enlikdən şimaldaqalan bölgə Sovetlərə verilmiş və Şimali Koreya müharibəyə daxil edilmişdi. Şimalda sovet tərəfdarı bir hökumət, cənubda isə ABŞ-a tərəfdar başqa bir hökumət quruldu və daxili qarşıdurmalar qaçılmaz oldu.

BMT-nin cəhdlərinə baxmayaraq Koreyanın birləşə bilmədiyi zaman Amerika Koreyanın cənubunda öz himayəsi altında başqa bir hökumət qurmaq qərarına gəldi. Asiya qitəsinə keçmək üçün Koreya  böyük geosiyasi əhəmiyyətə malik idi, buna görə böyük dövlətlər geosiyasi üstünlük əldə etmək üçün Koreya üzərindəki maraqlarını qorumağa çalışırdılar. Həm Yaponiyada, həm də Cənubi Koreyada hərbi cəhətdən iştirak edən Amerikanın əlverişli bir mövqeyə sahib olmasına baxmayaraq, Sovet Rusiyası Çini öz nəzarətinə aldıqdan sonra Amerikanı Koreyadan, oradan da Yaponiyadan qovmaq planlarını həyata keçirməyə başladı. Bu səbəblərə görə Moskva hökuməti Şimali Koreya qüvvələrinə 25 iyun 1950-ci il tarixindən etibarən Cənubi Koreyanın sərhədlərini işğal etməyi əmr etdi.

BMT qoşunları; Türkiyə, ABŞ, İngiltərə, Yeni Zelandiya, Belçika, Filippin, Kanada, Lüksemburq, Yunanıstan, Efiopiya, Cənubi Afrika Birliyi, Hollandiya, Kolumbiya ordusundan ibarət idi.

Təhlükəsizlik şurasının qərarına tabe olmayan Şimali Koreya, qoşunlarını geri çəkmədən Seula irəliləməyə davam etdi. Bunun üzərinə; Şimali Koreyanın bu münasibətinə cavab olaraq ABŞ dəniz qoşunlarının 8-ci donanmasını Tayvan adalarına göndərdi. Elə həmin gün Cənubi Koreyanın Təhlükəsizlik Şurasından qorunmasına dair qətnamə layihəsi səsə qoyuldu və əsasən qəbul edildi. Təhlükəsizlik Şurasından alınan qərarla, BMT Cənubi Koreyaya qoşun göndərdi və Şimali Koreya məğlub oldu və 38 enlikdən geri qalmağa başladı. Lakin Şimali Koreyanı işğal edərək iki hökuməti birləşdirməyə qərar verən qoşunlar şimal bölgəsini Çin sərhədinə qədər işğal etdilər.

Çin hökuməti Tayvan adalarını millətçi bir dövlət ideyası ilə almaq istədi. Ancaq bu mümkün olan ABŞ-Koreya müttəfiq hökuməti ilə çətin idi. Bu səbəblə, Çin Xalq Respublikası Şimali Koreyanı fəal şəkildə dəstəkləməyə başladı. 24 oktyabr 1950-ci ildə Şimali Koreyanın son hücumla işğal ediləcəyini bildirən ABŞ admiralı Douglas MacArthur, gözləmədiyi hadisə ilə üzləşdi. Çin Xalq Respublikasından yüz minlərlə könüllü Yalu çayını keçərək Koreyaya girərək, ABŞ / BMT qüvvələrinin mövqelərinə daxil oldu və qoşunlarına ağır itki verdi.

Çin Xalq Ordusunun qoşunları BMT qüvvələrini cənuba doğru geri çəkərək cənub bölgəsini işğal etməyə başladı. Ancaq BMT qüvvələrinin əks hücumu nəticəsində müharibə cəbhəsi 38 enlik boyunca sabitləndi. Bu vaxt general Duglas MacArthur, prezident sərəncamına əməl etmədən, Çin sərhəddinə getmək istədikdə, dərhal işdən çıxarılaraq təqaüdə göndərildi. Bundan əlavə, generalın işdən çıxarılmasına səbəb olan əsas hadisə, BMT qüvvələri Çinə hücum edərkən, generalın Mançuriyaya atom bombası atılmasını təklif etmsi idi. Bu hadisədən sonra döyüş bölgəsindəki qoşunlar bir-birlərinə qalib gələ bilmədikdə tərəflər barışıq barədə danışıqlara başladılar.. 1951-ci ilin aprelində başlayan danışıqlar yalnız 1953-cü ilin iyulunda başa çatdı və Panmuncom müqaviləsi imzalandı.

 

Koreya müharibəsinin nəticələri:

Müqavilə ilə Koreya müharibəsi başa çatdıqda, Şimali Koreya Çin ilə Qərb bloku arasında bufer zonasına çevrildi. Koreya müharibəsi başa çatanda müharibənin nəticəsi çox ağır idi. Müharibədə 3 milyon insan öldü. Müharibə zamanı ABŞ-ın 56.000 əsgəri, 600.000 Koreya əsgəri, 500.000 Çin əsgəri və 1.5 milyon kommunist öldürüldü. Bu müharibə Amerikaya, atom gücünə çox güvənməməsi lazım olduğunu öyrətdi. Şimali Koreya, Çin və Sovetlərin ittifaqına tabe olan ABŞ Avropadakı digər dövlətlərlə birlikdə qərar qəbul edərək yaxın döyüş və ixtisaslı hərbi birliklər yaratmağa başladı.

Behbudzadə Aydan