İstiqlal qurmaq və müğənnilərin hüquqlarını qorumaq üçün 1957-ci ildə qurulan Koreya Müğənnilər Assosasiyası (bundan sonra KMA), Ku Haranın vəfatının ardından 29 Noyabrda bir açıqlama paylaşdı.
Açıqlamada,
“KMA-nın bütün üzvlərinin Sullini göndərən zamankı göz yaşları hələ qurumadan, Ku Hara ilə vidalaşmaqlarının sərt reallığı ilə qarşılaşdıqlarına görə qəzəblənirlər. ”
Təşkilat daha sonra hər kəsi aşağıdakı tədbirləri görməyə çağırdı:
– Portal saytı Naver dərhal əyləncə sektoru ilə bağlı məqalələrdəki şərh bölməsini bağlamalıdır.
– Milli Məclis həqiqi məqalələrin paylaşılmasına diqqət etməli və zərərli şərhlərə səbəb olan sensasiyalı və yalan məqalələri yazanların cəzalandırılması üçün qanunvericilik hazırlamalıdır.
– Mədəniyyət, İdman və Turizm Nazirliyi, milli sərvət olan populyar musiqi ifaçılarının müdafiəsi üçün real tədbirlər görməlidir.
KMA, “Nəhayət, qorunma tədbirləri axtararkən, məşhur musiqi sənayesinin rifahına zərər verən zərərli izdihamı izləyəcəyik və onları qanun mühakiməsi altına qoyacağıq. Biz bəyan edirik ki, istəklərimiz yerinə yetirilənə qədər mümkün olan bütün yollar və tədbirlərlə bağlı hərəkətə keçəcəyik. ”
Sullinin keçən ay dünyasını dəyişməsindən sonra Kakao artıq öz portal saytındakı Daum-un şərh bölməsinin fəaliyyətini dayandırıb.
Elmina Səfərova
Latest posts by Elmina Səfərova (see all)
- YG Entertainment G-Dragon və Taeyang-dan səhnə adlarını ala bilər - 12 Dekabr 2019
- Yaxın müddətdə BTS-in geri dönüşü gözlənilir - 10 Dekabr 2019
- Nam Ci Hyon(Nam Ji Hyun) MBC-nin yeni serialında İ Cun Hyok(Lee Joon Hyuk) ilə birgə rol alacaq - 10 Dekabr 2019