//Koreya mətbəxinin incisi – “Kimbab”

Koreya mətbəxinin incisi – “Kimbab”

Koreya mətbəxindən ən sevilən təamlardan biri haqqında məlumat verməyə və onun hazırlanma qaydasını izah etməyə davam edirik. Bu dəfə sizlərə təqdim edəcəyimiz yemək, hamımızın bildiyi, Koreya mətbəxinin dünyada məşhur olan təamı “Kimbab”dır. Şübhəsizdir ki, kimbabı hər bir Koreyasevər izlədiyi serial və filmlərdə tanıyıb ilk olaraq. Kimbab, buxarda bişirilmiş, yəni horra halına gətirilmiş ağ düyü (bap/밥) ilə bir çox fərqli ərzaqın, kim adı verilən bir dəniz yosunu təbəqəsinə, ya da yarpağına bükülməsi ilə hazırlanan bir Koreya yeməyidir və dilimlərə bölünərək servis edilir.

Kimbab adətən pikniklərdə, açıq havada olan qonaqlıqlarda, xəstə ziyarətinə gedərkən və ya yüngül səhər yeməklərində, danmuci (yapon turpu) və kimçi ilə birlikdə servis edilən və evli qadınların ərlərinə, gənc qızların isə sevgililərinə hazırladığı bir yeməkdir. Kimbap sözünün tam mənası əslində “dəniz yosunlu düyü” deməkdir. Bu iki ərzaq bir kimbabı kimbab edən ünsürlərdir. Bunlardan başqa isə içinə balıq, ət, toyuq, kolbasa, yumurta və şoraba, qızardılmış, ya da təzə olmaq üzrə müxtəlif tərəvəzlər də qoyulur. Ənənəvi olaraq götürsək, düyü küncüt yağı və ya nanə yağı ilə yüngülcə basdırma edilir. Ən çox və tez-tez istifadə edilən zülal məzmunları balıq keksi, xərçəng əti, basdırma olunmuş dana əti və yumurtadır. Tərəvəz qismi isə xiyar, ispanaq, yerkökü və danmucidən ibarətdir. Kimbab bükülüb dilim-dilim kəsildikdən sonra, adətən danmuci ilə servis olunur. İndi isə dadından doyulmayan kimbabın yaranma tarixinə nəzər salaq.

Kimbab, yaponların 1910-1945 illəri arasında Koreyanı işğali zamanı, bir yapon suşi variantı olan norimakidən yaranmışdır. O zamandan bəri də ən çox istifadə edilən və geniş yayılan bir Koreya yeməyi olmağa başlayıb. Yapon suşisinin özündə düyü sirkəsindən istifadə edilərkən, kimbab düyü sirkəsindən daha çox küncüt yağı kimi ənənəvi Koreya ləzzətləri ilə hazırlanır. Suşinin məşhurluğu səbəbindən kimbabı Koreya üsulu suşi olaraq adlandıran bir çox insan var. Amma Koreya haqqında məlumatı olan bütün insanlar bunun kimbab olduğunu bilir.

Kimbab növləri

Samqak kimbab (삼각김밥) – üçbucaq şəklindəki kimbab, xalqa açıq bir çox Cənubi Koreya restoran və marketində satılır və yapon onigirisi ilə oxşardır. Çox geniş çeşiddə növləri mövcuddur.

Çunqmu kimbab (충무김밥) – içərisinin yalnız düyü ilə doldurulduğu kimbab növüdür. Mənşəyini bir dəniz kənarı şəhəri olan Çunqmudan götürüb. Daha qalın bükülür və xarici səth adətən basdırma olunmur. Çunqmu kimbab ənənəvi olaraq dilim-dilim kəsilmiş bala osminoqların ədviyyatlı qırmızı bibər sousu və qırmızı turp kimçisi (무김치) ilə basdırma edildiyi kolddugi muçim (꼴뚜기 무침) məzəsi ilə servis edilir.

Mayak kimbab (마약김밥) – isə Seuldakı Gwangjang Marketə məxsus xüsusi bir kimbab növüdür. Mayak sözü “dərman” mənasına gəlir və adı iddia edildiyi kimi, onun göbələk və soya sousundan hazırlanan bir sous ilə eyniləşdirilməsinə görə digər kimbablardan ayıran asılılıq yaradan dadını əks etdirir.

Çamçi kimbab (참치김밥) – digər bir çoxluqla istifadə edilən kimbabdır. Adətən digər tərkiblərin yanında uzunüzgəc tunesi, basdırma edilmiş nanə yarpağı və mayonez ilə hazırlanır.

Kimbab növləri ilə tanış olduğumuza görə, indi isə kimbabın necə hazırlandığına baxaq.

Ərzaqlar:

-225 qr düyü

-3 ədəd dəniz yosunu

-1 ədəd yerkökü

-1 ədəd xiyar

-2 yumurta və duz (qayğanaq üçün)

-1 qutu konserv uzunüzgəc tunesi (toyuq və ya dana əti də istifadə edə bilərsiniz)

-1 diş sarmısaq

-1 yemək qaşığı soya sousu

-1 yemək qaşığı bitki yağı

-2 yemək qaşığı düyü sirkəsi (alma sirkəsindən də istifadə etmək olar)

-1/2 yemək qaşığı şəkər

-1/2 çay qaşığı duz

Hazırlanması:

-Düyünü soyuq suda 3-4 dəfə yuyub süzün. Düyü və üzərini suyu qazana töküb düyüləri bişirin.

-Bişəndən sonra 10 dəqiqə kənarda gözlədin.

-Bir qab içərisinə sirkəni, duzu və şəkəri, duz və şəkər əriyənə qədər qarışdırın. Hazırladığınız məhlulu dincəlmiş düyünün üstünə töküb qarışdırın.

-Xiyarları uzununa kəsəndən sonra çəyirdəkli hissəsindən ayırın.

-Yerköklərini uzununa kəsəndən sonra 10-12 dəqiqə pörtün.

-Qayğanaq üçün 2 yumurtanı bir az duzla qarışdırın, tavada bir çay qaşığı qədər birki yağını qızdırıb yumurtanın yarısını tavaya boşaldın.

-Yumurta bişdikcə bir ucundan başlayıb digər ucuna doğru bükün. Yumurtanı tavadan götürmədən yumurtanın digər yarısını tavaya töküb, bişdikcə tərs istiqamətə doğru bükün. Qayğanaq soyuyanda uzununa kəsin.

-Konserv uzunüzgəc tunesi süzdükdən sonra bir tavaya töküb, üzərinə 1 diş sarmısağı əzib 2 dəqiqə bişirin.

-Soya sousu və bitki yağı əlavə edib, bir az qovurduqdan sonra ocaqdan götürün.

-Bütün ərzaqlar hazır olduqdan sonra rulon etmə prosesinə keçə bilərik. Bir ədəd dəniz yosunu götürün və örtüyün üzərinə qoyun. Yosunu üstünə sərdiyimiz örtük kimbab üçün istifadə edilən xüsusi bir örtükdür. Həqiqətdən rulonu bükmə prosesi onun sayəsində çox asan olur.(bambuk örtüyünüz yoxdursa, bir parça üzerində də rulonu bükə bilərsiniz).

-Hazırladığımız düyünü yosunun üst hissəsində 2 barmaq boşluq qalacaq şəkildə yaxşıca yayırıq. Bunu etməzdən əvvəl yanda bir kasaya su töküb arada əlinizi suya batırsanız düyülər əlinizə yapışmadan rahat şəkildə yaya bilərsiniz.

-Sonra növbə ilə yumurta, xiyar, yerkökü və uzunüzgəc tunesi (toyuq və ya əti) uzununa yan-yana düzürsünüz. Sonra örtüyün də köməyi ilə dəyirmi bir şəkildə rulon edib örtüyü yaxşıca sıxırsınız və bir az belə gözləyirsiniz. Burada yaxşı bir şəkildə sıxmaq vacibdir, yoxsa kəsərkən açılar. Buna görə möhkəm şəkinlə sıxın.

-Və bir uzunüzgəc tunesi hazırdır

-Eyni şeyləri uzunüzgəc tunesi əvəzinə toyuq, ət və kimçi qoyaraq təkrar edə bilərsiniz.

-Nuş olsun!

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)