//Koreya Baş Qərargah Rəisi, xüsusi rəftar görən G-Dragon fərziyyələrinə cavab verdi

Koreya Baş Qərargah Rəisi, xüsusi rəftar görən G-Dragon fərziyyələrinə cavab verdi

Koreya Ordusu Baş Qərargah Rəisi, BIGBANG-dən G-Dragonun orduda xidmət edərkən xüsusi rəftar gördüyü istiqamətindəki fərziyyələrə cavab verdi.

14 martda, Koreya Baş Qərargah Rəisi Kim Yonq Vu, Milli Məclis və Hüquq Komitəsinin iclasında iştirak edib. İclas zamanı, konqres üzvü Pyo Çanq Von belə dedi: “Milli Müdafiə Nazirliyi, hədsiz sayda xəstəlik icazəsi alan məşhur G-Dragona qarşı qatı bir nizam-intizam yaratmağı bacarmadı”.

Buna qarşılıq, Koreya Ordusu Baş Qərargah Rəisi “Xüsusi bir rəftar görən, ya da qanunlara tabe olmayan birinin, sadəcə bir məşhur olduğu üçün, belə bir vəziyyət söz mövzusu ola bilməz və olmamalıdır” – dedi. Davamında, “Ciddi və ədalətli hərəkətə keçəcəyik” dedi.

G-Draqunu 27 fevral 2018-ci ildə Qanqvon əyaləti, Çorvonda yerləşən 3-cü Piyada Korpusunun təlim mərkəzində təlimlərə başlayıb. Təlimini başa vurduqdan sonra, aprelin 5-i 2018-ci ildə rəsmi vəzifəsinə başladı.

G-Dragonun orduda xüsusi rəftar gördüyü istiqamətindəki fərziyələr ilk olaraq 25 iyul 2018-də, Dispatchin, ayaq topuğu problemləri səbəbilə VIP xəstəxanada yüksək rütbəli məmurlar üçün olan otaqda qaldığı haqqında xəbər yayımlandıqdan sonra araşdırıldı.

Ötən ay, Dispatch həmçinin müğənninin mövcud hərbi rütbəsini və xidmətindən aldığı icazə müddətini mühakimə edən bir hesabat yayımladı. Buna cavab olaraq, müğənninin tərəftarları  xəstəlik icazəsi istifadəsilə bağlı aktları açıqlayıb.

G-Dragon, 26 noyabrda ordudan tərxis olacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan