//“Korea Singers Association” Sullinin ölümü ilə bağlı müsahibə verdi

“Korea Singers Association” Sullinin ölümü ilə bağlı müsahibə verdi

 

Korea Singers Association ilk dəfə 1957-ci ildə yaradılıb. Birliyin yaradılmasının əsas qayəsi birliyə daxil olan bütün müğənni və ifaçıların hüquqlarını müdafiə etmək, onları qorumaqdan ibarətdir. Oktyabr ayının 17-də ictimaiyi birliyin nümayəndəsi assosasiya adından müğənni Sullinin intiharı ilə bağlı öz təziyyələrini bildirərək belə deyib: “Korea Singers Association” müğənni Sulli ilə vidalışır. Bu gün biz qəlbimizdə böyük kədərlə onu son mənzilinə yola salmalı oluruq. Onunla bir səhnədə dayanaraq, onunla birlikdə gülərək, qucaqlaşaraq, salmalayaraq onun bəd xəbərini eşitmək bizim heç ağlımızada gəlməzdi. Əgər qəlbdən ifa etmək üzərimizə bu qədər mənfi rəyləri, pis fikirləri yönəldəcəksə o zaman biz ifa etməyək, oxumayaq. Anlamaqda çətinlik çəkirəm, niyə görə kiminsə bacısı, kiminsə qızı, kiminsə rəfiqəsi, ən əsası niyə müğənnilər bu qədər təzyiqə dözməyə məcbur qalırlar. Biz milyonların sevgilis, pərəstiş etdiyini bərk-bərk tutmalı və heç yerə buraxmalıyıq. Bu işləri görənlərə qarşı daha sərt və qəddar olmalıyıq. Hal-hazırda biz kədərli və çox əsəbiyik. Çunki artıq biz heç nə edə bilmirik. Amma sadəcə oturub seyr edən də deyilik. Biz nifrətə qalib gəlmək fikrindəyik. Bu bizim əsas prinsipimizdir. Çunki bir daha bizim sevdiklərimiz belə bir sonla bizimlə vidadlaşmamalıdırlar. Biz “Korea Singers Association” tərkibində yeni məsləhət mərkəzləri yartamağı planlaşdırırıq. Müğəninlərin psixoloji vəziyyətlərinin yoxlanılması və qorunması üçün yeni planlar və qanunlar tərtib oluncaq. Onların sağlamlığını qorumaq üçün biz əlimizdən gələn hər şeyi etməliyik. Bundan başqa onların xarakterlərinin möhkəmləndirilməsi üçün təhsil proqramları təşkil olunmasının xeyrli olacağını düşünürük. Bütün bu planları həyata keçirtmək bizim əsas işimizdir. Bundan sonra biz yeni Sullilərlə bu cür kədərli formada vidalaşmamalıyıq. Ruhun şad olsun. “Korea Singers Association” birliyinin nümayəndəsi  İ Ca Yon (Lee Ja Yeon)“.

 

 

TAGS: