//Konq Sınq Yonun “Flower Crew: Joseon Marriage Agency” serialında rol oynayacağı dəqiqləşdi

Konq Sınq Yonun “Flower Crew: Joseon Marriage Agency” serialında rol oynayacağı dəqiqləşdi

Aktyor Konq Sınq Yon, JTBC-nin “Flower Crew: Joseon Marriage Agency” adlı yeni serialında qadın baş rol obrazı canlandıracaq.

15 apreldə, sözügedən serialın heyyəti, Konq Sınq Yonun serialda rol alacağını təsdiqləyib.

Serial, Joson xanədanlığı dövründə baş verir. Kral (So Ci Hun), ilk məhəbbətini qorumaq üçün ölkənin ən yaxşı elçi qrupu olan, “Çiçək Qrupu”ndan bir istəyi olur. Kralın istəyi ilə qrupdakı elçilər, əhəmiyyətsiz bir qadın olan Qe Ddonqu ziyalı qadına çevirmək üçün həyatlarını təhlükəyə atırlar.

Konq Sınq Yon serialda Kral İ Sunun ilk məhəbbəti olan Qe Ddonq obrazını canlandıracaq. Olduqca dik başlı və sərt bir qızdır. Dolanışığını təmin etmək üçün ətək yerinə şalvarı geyinir. Bir qadın olmasına baxmayaraq odun kəsmək, ağır düyü torbalarını daşımaq və küçədə dava edən insanları dayandırmaq kimi işlərdən pul qazanması ilə tanınır. Qardaşını tapmaq üçün Hanyanqa gəlmişdir.

Bu arada serial, Kim Yi Ranq tərəfindən qələmə alınan bir romandan ilhamlanmşdır. Kim Yi Ranq qələmə aldığı bu romanını özü seriala uyğunlaşdıracaqdır.

Serialın rejissor kreslosunda “Devilish Joy” və “The Vampir Detective” seriallarının rejissoru Kim Qa Ram oturur.

Serialın ilk bölümü, sentyabr ayının əvvəllərində yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan