Ssenarisi ilə tamaşaçıları ekrana kilidləyən “Signal” serialının ssenari müəllifi Kim In Hinin (Kim Eun-Hee) yeni serialı “Kingdom”-ın yeni bir afişası yayımlandı.
Serial, ölən Coson (Joseon) Kralının dirilməsindən sonra məlum olmayan bir virus xəstəliyinin bütün millətə yayılmasından bəhs edir. Vəliəhd Şahzadə İ Çanq (Lee Chang – Ju Ji-Hoon), bu xəstəliyinin səbəbini araşdırmağa başlayır.
Yayımlanan afişada, “Sui-qəsd bir yoluxucu xəstəliyə çevrildi və yayıldı” yazılıb.
Bu arada serial, Kim In Hi və Yanq Kyunq İl tərəfindən qələmə alınmış və 2014-ci ildə yayımlanmış olan “Land of the God” adlı bir webtoona əsaslanır.
Serialın rejissor kreslosunda mükafatlı bir sənətçi oturmaqdadır. 2016-cı il istehsalı “The Tunnel” və 2014-cü il istehsalı “A Hard Day” filmlərini qələmə alan və idarə edən Kim Sonq Hun (Kim Sung-Hoon) oturur. Serialın ssenari müəllifliyini edən Kim In Hi daha əvvəl “Phantom” və “3 Days” seriallarını də qələmə almışdır.
Serialın ilk seriyasının 25 yanvar 2019-cu il tarixində Netflix vasitəsi ilə yayımlanacağı planlaşdırılır.
- Sovet rokunun koreyalı əfsanəsi - 22 İyun 2019
- Müdrik çay – İnçhon - 08 Fevral 2019
- “Hatch” serialının yeni bir fraqmenti yayımlandı - 16 Yanvar 2019