//Kim Young-Kwang və Jin Ki-Joo yeni serialda birlikdə rol ala bilər

Kim Young-Kwang və Jin Ki-Joo yeni serialda birlikdə rol ala bilər

Kim Young-Kwang və Jin Ki-Joo`ya SBS`in “How to Train Your Blind Boss” adlı yeni serialından təklif aparılıb.

24 Oktyabrda, SBS serial komandasından bir mənbə, hər iki aktyora serialda baş rol obrazları canlandırmaq üçün təklif aparıldığını bildirib. Həmçinin Kim Young-Kwangın agentliyi Wide-S Company də aktyorun serialdan təklif aldığını və düşünmə mərhələsində olduğunu təsdiqlədi.

Soyuq qəlbli bir adamın görmə qabiliyyətini itirdikdən sonra öz mənliyini tapmasını və sonunda insanlara hörmət etməsi lazım olduğunu öyrənməsindən bəhs etməkdədir. Öz valideynlərinə belə hörmət etməyən bu adam, yumşaq qəlbli katibəsinə aşiq olur.

Kim Young-Kwang, əgər təklifi qəbul edərsə, serialda TT Mobile Media adlı bir şirkətdə rəhbər kimi çalışan Do Min-Yik obrazını canlandıracaq. Xaraktersiz biri olmasına baxmayaraq, ətrafda işləri görəcək insanlara ehtiyac duyur. Katibəsi olmadan getdiyi yeganə yer var, o da tualetdir. Əlləri və ayaqları sanki yalnız bəzək niyyətinə var və bədənində istifadə etdiyi yeganə yer ağzıdır. O da katibəsinə müraciət etmək üçündür.

Jin Ki-Joo, əgər təklifi qəbul edərsə, Do Min-Yik`in katibəsi olan Jung Gal-Hee obrazını canlandıracaq. Şən, parlaq və cəsur biridir. Ancaq bir katibə olduğu üçün hər zaman passiv, sakit, havalı və nəzakətli bir davranış nümayiş etdirir. Beləliklə, heç kəs həqiqətdə nə düşündüyünü bilə bilməz.

Serialın rejissor kreslosunda “Judge vs. Judge “və” Entertainer” seriallarının rejissoru Lee Gwang-Young oturur. Serialın ssenari müəllifi “Queen of Ring” və “Divorce Lawyer in Love” seriallarını qələmə alan Kim Jung-A`dır.

Serialın ilk seriyasının 2019-cu ilin Aprel ayında yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)