//Kim Yonq Qvanq və İ Sun Bin “Mission Possible” filmində

Kim Yonq Qvanq və İ Sun Bin “Mission Possible” filmində

 

Aktyor Kim Yonq Qvanq (Kim Yeong-gwang) və İ Sun Bin (Lee Sun-bin) “Mission Possible” adlı yeni filmin baş rol qəhrəmanlarını oynayacaqlar. Filmin süjet xətti hal-hazırda araşdırma bürosunda fəaliyyət göstərən, keçmiş xüsusi təyinat qüvvələrinin əməkdaşından və həmin araşdırma idarəsində tanış olduğu, Çinin milli təhlükəsizlik əməkdaşı olan qızdan bəhs edir. Bu tanışlıq hər iki qəhrəmanı çox təhlükəli bir oyunun içərisinə salır. Maraqlı, həyəcan dolu süjet xətti ilə gündəmə gələn film, izləyicilərini səbirsizliklə gözləyir. Filmin çəkilişləri avqust ayının sonuna planlaşdırırlıb. Xatırladaq ki, aktyor Kim Yonq Qvanq daha əvvəl 55-ci Baeksang Arts Awards mərasiminin “On Your Wedding Day” adlı film sayəsində “Ən yaxşı təzə aktyor” nominasiyası üzrə qalıb seçilmişdi. (Mərasim haqqında ətraflı buradan oxuya bilərsiniz). “Mission Possible”/ “İcra olunmuş missiya” filmi hər iki baş rol qəhrəmanın özünu yeni tərəfdən kəşf etməsinə, tanıtmasına əla fürsət yaradacaq. Belə ki, filmin həyəcan, təhlükə, detektiv kimi üslübda olması hər iki aktyorun yaradıcılığında yenilikdir və bənzərsiz təcrübə olacağını aktyor Kim Yonq Qvanq özü etiraf edir. Belə ki, film haqqında açıqlama verən aktyor, bu sözləri qeyd edib : “Belə bir janrda filmə çəkilmək mənim üçün yenilikdir və buna görə özümü çox xoşbəxt hiss edirəm. Xahiş edirəm, məni diqqətdə saxlamağa davam edin. Çünki, məni daha əvvələr görə bilmədiyiniz tərzdə, obrazda görəcəksiniz” .

 

Hər iki aktyora uğurlar arzulayırıq!.