//Kim Yonq Ho xərçəng diaqnozunun ardından əməliyyatını tamamladı + dəstək göstərən hər kəsə minnətdarlığını bildirdi

Kim Yonq Ho xərçəng diaqnozunun ardından əməliyyatını tamamladı + dəstək göstərən hər kəsə minnətdarlığını bildirdi

Kim Yonq Ho, sarkoma xərçəngi diaqnozu qoyulduqdan və əməliyyatdan sonra aldığı cəsarət dolu sözlər üçün minnətdarlığını bildirdi.

14 Martda Kim Yonq Ho: “Keçən ay sarkoma xərçəngi diaqnozu qoyulduqdan sonra xəstəxanaya qəbul oldum və dünən əməliyyata başladım. Anesteziyadan oyanmağımdan bəri çox vaxt keçməyib. ” -deyə bildirdi.

Sarkoma nadir növ xərçəngdir. Bu yağ, əzələ, sinir, qan damar və limfatik kanal kimi müxtəlif toxumaları birləşdirən və dəstəkləyən hüceyrələrdə yetişən malign bir şişinə aiddir. Kim Yonq Ho  budundan şiş aradan qaldırılması əməliyyatı aldı və xərçəng müalicəsinə başlamağı planlaşdırır.

Aktyor dedi: “İron Mask”  da fəaliyyət göstərərkən şiş böyüməyə başladı, amma o vaxt heç nə bilmirdim. Ayağım zədələndi və bundan sonra şiş çox böyümüşdü. Ayağımda 30 sm böyüklükdə şiş vardı. İndi xərçəngin əleyhinə müalicəyə başlamağım daha vacibdir “.

Aktyor, diaqnozu xəbərindən sonra ona təşviq və dəstək göndərənlərə minnətdarlıq etdi. Kim YonqHo dedi: “Mənim məşhur həmkarlarım və mənimlə işləyən insanlarla əlaqə saxlandım. 1000 nəfər adam ətrafımdakılarla əlaqə qurdu və məndən narahat oldular. Çox şükür edirəm ki, [mənim xəstəliyim üçün] ağlayanlar var. Hələ də ictimaiyyətdən gələn reaksiya görməmiş olsam da, mənə tam sağalmağı arzuladıqlarına görə minnətdaram “.

Bundan əlavə, Kim Yonq Ho, Instagramda minnətdarlığını bildirdi. Aktyor dedi: “Əməliyyat mənim üçün çox narahat olan və dua edən bir çox insan sayəsində yaxşı keçdi. Bu gündən etibarən çətin bir mübarizə olacaq, amma indi göndərdiyiniz dəstəyi unutmayacağam. Düşüncələrinizə görə çox təşəkkür edirəm ki, mənim üçün gözyaşlarını göstərməyə hazırsınız “.

Kim Yonq Ho, 1999-cu ildə “City of the Rising Sun” filmi ilə ilk dəfə çıxış etdi. Aktyor ən son Canq Donq Qun(Jang Dong Gun) və Park Hyonq Şik(Park Hyung Sik) ilə birlikdə 2018-ci ildəki “Suits” serialında rol alıb.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova