İyun ayının 10-nu tarixində KİV-nə veilən məlumatda aktyor Kim Su Hyonun (Kim Soo-hyun) hərbi xidmətdən gələn kimi “DPC” brendinin üzü olacağı deyilir. Sözü gedən brendin nümayəndəsi yayılan xəbərlərə açıqlama verərək belə beyib: “O, halyu ulduzları arasında ən məşhurlardan biridir. Onu bütün asiyada tanıyırlar. Kim Su Hyonun (Kim Soo-hyun) Koreya brendlərinə insanların diqqətini yönəldə bilmək istedadı var. Biz diqqətimizi məhsulumuzun keyfiyyətinə yönəltdiyimiz halda Kim Su Hyon (Kim Soo-hyun) alıcıların istəyini aydınlaşdırmağımıza da, bizə yardımçı olacağını düşünürük.” Qeyd edək ki, sevilən aktyor, 2017-ci ildən etibarən, 21 aylıq hərbi xidmətə yola salınmışdır. Bu ilin iyul ayının 1-də geri dönəcəyi planlaşdırılır.
Latest posts by Turan Suleymanova (see all)
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020