Kim Su Hyon tezliklə yeni bir serialda rol alacaq!
Oktyabrın 17-də İlgan Sports serial sənayesindəki bir mənbədən sitat gətirərək Kim Su Hyon-un gələn ilin ilk yarısında tvN-də efirə veriləcək “Psycho But It’s Okay” adlı yeni serialda baş rol oynayacağını bildirdi.
Aktyorun agentliyi Keyeast-dən bir mənbə Newsen-ə verdiyi açıqlamada, Kim Su Hyonun “Psycho But It’s Okay” serialının oynamağı düşündüyü seriallardan biri olduğunu dedi.
Ilgan Sports-un verdiyi məlumata görə, “Psycho But It’s Okay” serialının mövzusu ayda 1.8 milyon von (təxminən $ 1.520) qazanmış, psixiatrik bir xəstəxanada çalışan bir səhiyyə işçisi və antisosional şəxsiyyət pozğunluğu olan bir hekayə kitabı müəllifi haqqında fantaziya romantika janrında serialdır. Sevgini inkar edən bir kişi və sevginin nə olduğunu bilməyən bir qadın bir-birilə qarşılaşır və beləliklə aralarında yaxınlaşmalar baş verir.
Kim Su Hyon təklifi qəbul edərsə, psixiatrik bir xəstəxanada tibb işçisi Moon Kang Tae rolunu oynayacaqdır. Moon Kang Tae, möhtəşəm bir bədəni, ağılı, başqalarına rəğbət hissi, səbri, tez reaksiya vermə qabiliyyəti, dözümlülüyü və daha çox xarakterlər daxil olmaqla hər şey bəxş edilmiş bir insandır. Onun otizm simptomlarını göstərən və özündən səkkiz yaş böyük bir qardaşı var.
Bu serial 2015-ci ildə yayımlanmış “Producer” serialından bəri təxminən beş il aradan sonra Kim Su Hyon-un ilk serialı ola bilər.
- Guiness Dünya Rekordları ROSÉnin iki dünya rekordu qırdığını açıqladı - 09 Aprel 2021
- f(x)dən Victoria SM Entertainment ilə yollarını ayırdı - 09 Aprel 2021
- EXO qrupu yeni albomu ilə geri dönüş edəcək - 09 Aprel 2021