//Kim Son Hoya (Kim Seon-ho) “Catch Yoo Ryung” serialının baş rol təklifi

Kim Son Hoya (Kim Seon-ho) “Catch Yoo Ryung” serialının baş rol təklifi

 

Aktyorun agentliyi, SALT Entertainmentin aprel ayının 2-də verdiyi məlumata əsasən Kim Son Ho (Kim Seon-ho) “Catch Yoo Ryung” serialına baş rol təklifi alıb. Həmin serial tvN kanalında yayımlanacaq. Serial drama, detektiv, romantik janrlarda çəkiləcək. Serialın sujet xəttinə əsasən aktrisa Mun Qın Younq (Moon Geun-young) və Kim Son Ho (Kim Seon-ho) polis, detektiv rolunda oynaycaqlar.  Serialda baş qəhrəmanın əkiz bacısı autizm xəstəliyindən əziyyət çəkir, serial onun itməsi və xəstə qızın axtarışı ilə başlayacaq. Serial boyu biz, hər iki detektivin üzləşdiyi çətin araşdırmaları görəcəyik.