//Kim So Hyonun “Love Alarm” serialına qatılması dəqiqləşdi

Kim So Hyonun “Love Alarm” serialına qatılması dəqiqləşdi

Aktrisa Kim So-Hyun, Netflixin “Love Alarm” adlı yeni serialında qadın baş rol obrazını canlandıracaq.

18 Oktyabrda, aktrisanın agentliyi E&T Story, Kim So-Hyunun “Love Alarm” serialından gələn təklifi qəbul etdiyini təsdiqlədi.

“Love Alarm”, yaxınlığındakı birləri onun üçün romantik hiss bəsləyəndə istifadəçiyə xəbərdarlıq edən bir tətbiqdən istifadə edərək eşqi tapmağa çalışan bir qrup gəncin ətrafında dönür. Həmçinin serial, Cheon Kye-Young tərəfindən qələmə alınan populyar bir webtoondan uyğunlaşdırılmadır. Daha əvvəl, Cheon Kye-Youngın “Yebbeun Namja” adlı əsəri, 2013-ci ildə “Bel Ami” adlı bir seriala uyğunlaşdırılmışdı.

Kim So-Hyun serialda bir lisey tələbəsi olan Kim Jo-Jo obrazını canlandıracaq. Acı dolu bir ailə keçmişinə sahib olmasına baxmayaraq şən və qayğısız bir gənc qızdır. Uşaqlıqda ana və atasını itirmişdir. Buna görə xalası ilə birlikdə yaşamaqdadır. Ancaq, Jo-Jo üçün orada yaşamaq asan deyil. Bir gün, “lpve alarm” adlı bir telefon tətbiqini istifadə etməyə başlayır və ardından yeni bir romantizmə başlayır.

Serialın rejissoru “Fight My Way” və “Ah My Venus” seriallarının rejissoru Li Na-Jeongdur

Serial cəmi 8 seriyadan ibarət olacaq. İlk seriyasının 2019-ci ildə yayımlanması planlaşdırılır.(guneykoresineması.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)