//Kim Qo In(Kim Go Eun) yeni fantastik serialda İ Min Ho (Lee Min Ho) ilə birlikdə rol alacaq

Kim Qo In(Kim Go Eun) yeni fantastik serialda İ Min Ho (Lee Min Ho) ilə birlikdə rol alacaq

Rejissor Kim In Suk(Kim Eun Sook) yeni serialı ilə efirlərə qayıdır.

Serialı ərsəyə gətirəcək “Hwa & Dam Pictures” şirkəti Kim Qo In(Kim Go Eun) və İ Min Ho(Lee Min Ho)-nun Kim In Sukun yeni serialı “The King: The Eternal Monarch”-da birlikdə rol alacaqlarını açıqlayıb. Kim Qo In daha öncə xit serial olan “Goblin”-də Kim In Suk ilə birlikdə çalışmışdı.

Serial Koreya Respublikası və Koreya İmperatorluğunun paralel iki dünyası arasında keçid edən serialda Kim Qo İn , Koreya Respublikasında dedektiv Conq Te Il və Koreya İmperatorluğunda günahkar olan Luna obrazını canlandıracaq.

Kim Qo In(Kim Go Eun) müxtəlif janrdakı seriallarda göstərdiyi aktrisalığı ilə həm dedektiv həm də günahkar obrazını canlandırmaq üçün möhtəşəm seçimdir.

Koreya İmperatorluğunun imperatoru İ Qon, iki dünya arasındakı qapını bağlamaq üçün dedektiv Conq Te İl ilə birlikdə çalışaraq pisliklərə qarşı savaşacaq. İ Min Honun İ Qon obrazını canlandıracağı da təsdiqlənib.

Serialın çəkilişləri ilin ikinci yarısında başlayacaq və 2020-ci ildə yayımlanmağa başlayacaq.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova