Kim In Sukun çoxdan gözlənilən “The King: The Eternal Monarch” adlı növbəti serialı 2020-ci ildə SBS-də yayımlanacaq !
Avqustun 12-də Hwa & Dam Pictures və Studio Dragon, “Kim In Sukun yeni serialı “The King: The Eternal Monarch”-ın 2020-ci ilin ilk yarısında premyerası quruldu və biz serialı SBS-də yayımlamağı qərara aldıq.“- deyə açıqlama verib. Televiziya ilə SBS-yə satılan hüquqlar, “The King: The Eternal Monarch” ilk olaraq yayım kanalında yayımlanacaq və daha sonra Hwa & Dam Pictures və Studio Dragon vasitəsilə müxtəlif platformalara paylanacaq.
Kim In Suk daha öncə “Descendants of the Sun,” “Heirs,” “Goblin,” və “Mr. Sunshine.” kimi məşhur serialların müəllifi olmuşdur. Yeni serialında İ Min Ho və Kim Qo In baş rol obrazını canlandıracaq.
“The King: The Eternal Monarch” monarxiya və demokratiyanın iki paralel kainatı haqqında bir fantaziya dramı olacaq. İ Min Ho iki dünya arasındakı qapını bağlamağa çalışan İmperator İ Qon rolunu oynayacaq, Kim Qo In isə insanların həyatını qorumaq üçün imperatorla birlikdə işləyən detektiv Conq Te Il rolunu alacaq.
Serial 2020-ci ilin ilk yarısında yayımlanacaq.
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020