//Kim Nam Gil Kim Seokjin-i aktyor kimi görmək istədiyini söyləyir

Kim Nam Gil Kim Seokjin-i aktyor kimi görmək istədiyini söyləyir

Tanınmış  Cənubi Koreyalı aktyor olan Kim Nam Gil (“Pandora”, “Memoir of a Murder”, “The Pirates”, “Portrait of a Beauty”, “The Fiery Priest”, “Queen Seondeok”) Kim Seokjin-ə aktyor olmaq xəyalına başlamağa ilham verən bir insan olaraq da bilinir.

Seokjin, “Queen Seondeok” (2009) tarixi serialındakı rolundan o qədər təsirləndi ki, liseydə olarkən aktyor məktəbinə daxil oldu və daha sonra Konkuk universitetinin  Film və Animasiya fakültəsinin tələbəsi oldu.

Kim Nam Gil-in həyatından bəhs etdiyi son reportajda Seokjin ilə dostluğundan bəhs etdi. Nam Gil bu il səhnədə görüşdükləri barədə bir hekayə paylaşdı, Seokjinin rol modeli olduğunu bildiyini qeyd etdi, sonra onu bir musiqiçi kimi təriflədi və rol almasını görmək istədiyini söylədi.

Kim Nam Gil Kim Seokjin haqqında ilk dəfə danışmırdı. Daha əvvəl, 2020-ci  13 yanvarda ilk dəfə məşhur idoldan bəhs etdi və onu real həyatda tanımaq istəyərək “Bizim Jinnie” adlandırdı.

25 dekabr 2020-ci il tarixində Kim Nam Gil-in “Dicon” jurnalının Jin temalı versiyasının paketini açdığı videosu yayımlandı. Pərəstişkarları tərəfindən böyük maraq gördü və Kim Nam Gil Seokjin haqqında “Aktyor üzünə sahibdir” dedi.

Nəhayət, 2021-ci ilin yanvarında Kim Nam Gil və Kim Seokjin 35-ci GDA konsertində bir-biri ilə görüşə bildilər. Seokjin əvvəlcə “Səninlə görüşməyi çox istədim, hyung” deyərək ona yaxınlaşdı. Media aktyorun bütə işarə edən bir anını çəkib.  Təəssüf ki, Nam-gil Seokjin-in nömrəsini bilmədiyini etiraf etdi, lakin ümid edir ki, Seokjin ona zəng edəcək.