//Kim Min Ce tarixi serialda başrolda

Kim Min Ce tarixi serialda başrolda

Kim Min Ce JTBC-nin ” Flower Crew: Joseon Marriage Agency” adlı yeni serialda başrol xarakteri canlandıracaq.

18 martda Stone Music Entertainment, Kim Min Ce-nin serialda oynayacağını təsdiqlədi.

Bir kitab hekayəsindən götürülmüş serial, Joseon Xanlığı dövründə baş verən hadislərdən bəhs edir. Kral, ilk eşqini qoruya bilmək üçün ölkənin ən yaxşı çempion agenti “Çiçək komandası”-ndan kömək istəyir. Kralın istəyi üzərinə agentdəki çempionlar, əhəmiyyətsiz bir qadın olan Qa Donq-u ən soylu qadına çevirmək üçün həyatlarını təhlükəyə atarlar.

Keçən günlərdə, Park Ci Hon və So Ci Hon-a da serialda baş rol xarakteri canlandırmaq üçün təklif edilmişdir. Hər iki aktyor da bu təklifi qəbul edə bilərlər.

İlk seriyası bu ilin ikinci yarısında nümayiş olunacaq.