//Kim Jaejoong COVID-19 olduğunu açıqladı

Kim Jaejoong COVID-19 olduğunu açıqladı

Kim Jaejoong şəxsi İnstaqram hesabında COVID-19 (koronavirus) testinin müsbət nəticə verdiyini paylaşdı.

Mən COVID-19-a yoluxmuşam. Bu hökümətin və ətrafımdakıların sözlərinə məhəl qoymamağın, səhlənkarlığımın nəticəsidir.

Bir insanın fərdi hərəkətləri bütövlükdə cəmiyyətə belə böyük təsir göstərə bilər.  Mənə görə yoluxmuş ola bilənlərə görə çox üzr istəyirəm.Sanki başıma gələməyəcək kimi düşünərək axmaq bir fikirlə yaşadım. Hal hazırda xəstəxanadayam.  Keçmişdə olanlarla bağlı çox fikirləşirəm. Mən həm minnətdaram, həm də peşmanam.Demək istədiyim çox şey və görmək istədiyim çox insan var.

Daha sonra Jaejoongun agentliyi CJeS Entertainment, hazırda Yaponiyada olduğu üçün bu xəbəri təsdiqləməyə çalışdıqları barədə bir açıqlama yaydı.

Çox keçmədən, Kim Jaejoong, eyni İnstaqram postunda COVID-19 olmadığını və 1 aprel zarafatı etdiyini bildirən açıqlama yazdı.

Sevdiyimiz insanlar, bizim üçün qiymətli biri virusa yoluxdularsa nə etməli?Düşünmək belə ürək ağrısıdır.Buna baxmayaraq, bir çox insan küçələrdə gəzir və gözətçilərsiz həyatı yaşayır,buna məhəl qoymur.Mən ailəmin və dostlarımdan narahatam.  Özümüzün və ətrafımızdakı insanların təhlükəsiz olacağına inanaraq bizi və ətrafımızdakı hər şeyi xəstə edəcəyik.Laqeydlik kədərli bir öyüd-nəsihəti gerçəkliyə çevirəndə, sadəcə göz yaşlarımızı silməklə bitirə biləcəyimiz bir şey deyil. Bu 1 aprel zarafatını edərək sizlərə sevdiklərinizi və özünüzü qorumalı olduğunuzu başa salmaq istədim.

 Bu yazıdan aldığım bütün cəzaları qəbul edəcəyəm.  Ümid edirəm hamınız sağlamsınız.

TAGS:
Elmina Səfərova