//Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi

Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi

 

Koreyanın və dünyanın sevilən müğənni, aktyorlarından biri hesab olunan Kim Hyon Cunq (Kim Hyeon-Joong) naməlum restoranların birində nahar edən zaman baş aşbazın vəziyyətinin narahat olduğunu və özündən getdiyini ilk hiss edib görən adam olub. Baş verən hadisənin şahidi olan aktyor yeməyini yarımçıq qoyaraq aşbaza yaxınlaşıb. Onu özünə gətirməyə, xəstəyə ilkin yardım göstərməyə çalışıb. Dərhal  təcili tibbi yardıma zəng edərək kömək istəyib. Sonradan özünə gələn aşbazı tək qoymayaraq, təcili tibbi yardımın gəlməsini gözləyib. Qeyd edək ki, aktyor xəstəyə ürək masajı edərək onu dindirməyə və şüurunu açıq tutmağa çalışıb. Bu hadisə restoranın müşahidə kameralarının qeydinə düşüb. Bu xilasedicinin kim olduğunu həyacandan heç kim dərk etməyib. Sonradan video lentə baxaraq həmin adamın sevilən aktyor Kim Hyon Cunq olduğu bilinib. Restoranın sahibi KİV-nə müsahibə verərək aktyora təşəkkür edib. Yayılan xəbəri aktyorun agentliyi təsdiq edərək, aktyorun ayıqlığını təqdirə laiq, köməkliyini isə hər bir insanın insanlıq borcu olduğunu deyib. Xatırladaq ki, Kim Hyon Cunq pərəstişkarları ilə oktyabr ayında onlayn şəkildə görüşməyi planlaşdırırır. Bu görüş online konsert kimi təşkil olunacaq.