Sevilən müğənni, aktyor Kim Hyon Conq (Kim Hyun Conq) “2019 WORLD TOUR BIO-RHYTHM” adlı dünya turuna hazırlaşır. Avqust ayında start veriləcək bu layihə, ilk olaraq Yaponiyadan başlayacaq. Aktyorun şəxsi agentliyi tərəfindən verilən məlumatlarda: “Bəli. Kim Hyon Conq (Kim Hyun Conq) 2019 WORLD TOUR BIO-RHYTHM adlı dünya turuna başlayır. Bu tur avqust ayında, Yaponyada start veriləcək. Tur çərçivəsində 8 ölkəyə,10 şəhərə səfər edilməsi planlaşdırılır. Müğənninin şəxsən özü tərəfindən ürəklərə toxunmaq üçün yaratadığı BIO-RHYTHM proqramıdır. İlk çıxış avqust ayının 21-22-si Osakada olacaq. Daha sonra sentyabr ayının 18-19-da Tokiyo şəhərində davam edəcək. Final konsert Seul şəhərində yekunlaşacaq” deyilir. Qeyd edək ki, elan sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Biletlər satışa buraxılmadan, bron olunaraq hamsının satılıdığı deyilir. Tura daxil olcaq ölkələrin, şəhərlərin siyahısı hələ dəqiqləşdirilməyib. (Bəlkə, nə vaxtsa bizim də, vətənimizə səfər edər) Kim Hyon Conqun (Kim Hyun Conq) 2018-ci ildə təşkil olunan “Haze” adlı dünya səfərindən sonra bu ikinci səfəri hesab olunur.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020