Aktrisanın, yeni tarixi film hesab olunan “Hero” filmində baş rol oynayacağı təsdiqləndi. BH Entertainment agentliyi iyun ayının 12-i tarixində verdiyi açıqlamada: “İlk Koreya musiqili filmi hesab olunan “Hero” filminin baş qəhrəmanı aktrisa Kim Go In (Kim Go-eun) seçildi” deyilir. Film Yaponiya əsarətindən xilas edən, Koreyanın dövlət müstəqilliyinin qazanması uğurunda mübarizə aparan, tarixi qəhrəman An Conq Gından (An Jung-geun) bəhs edir. Tarixi faktlara əsasən, 1909-cu ildə yapon səlahiyyətli nümayəndəsi hesab olunan İto Hirobumu ( Itō Hirobum) öldürüdüyü üçünü 30 yaşında ölüm hökmü ilə cəzalanaraq, cavan yaşında həyatına son qoyulur. Film bu tarixi hadisənin 100 iliy yubileyi şərəfinə, An Conq Gının (An Jung-geun) əziz xatirəsinə həsr olunacaq. Aktrisa Kim Go In (Kim Go-eun) An Conq Gının (An Jung-geun) ölümünün canlı şahidi olan, bütün dəliləri toplayaraq qəhrəmanın tamamlaya bilmədiyi işi axıra çatdıran güclü qadın obrazını canlandıracaq. Film çəkilişləri ilin ikinci yarısında başlayacaq.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020