JTBC-nin “Your Song” proqramına qonaq olan Kim Qo In (Kim Go Eun) möhtəşəm və emosional bir mahnını qüsursuz bir şəkildə səsləndirdi.
Yeni musiqi şousunun məqsədi, bəstəkar Conq Ce İlin (Jung Jae Il) vasitəçiliyi ilə klassik xitlər yaratma və mahnıların arxa planına işıq tutaraq, səhnələşdirilən hekayələri bəstəkarın baxış bucağı ilə sərgiləməkdir. Proqramın daha əvvəlki bölümlərinə AYU (IU), Pak Hyo Şin (Park Hyo Shin) və İ Cok (Lee Juck) kimi məşhur simalar qatılmışdır.
7 fevral tarixli bölümündə bəstəkar Conq Ce İlin (Jung Jae Il) tərəfindən Patti Kimin “Love That Left Autumn Behind” mahnısı seçildi və aktrisa Kim Qo In (Kim Go Eun) mahnı üstündə birlikdə işləməyə dəvət edildi.
Proyektin şou hissəsində aktrisanın dəvət edilməsi haqqında Conq Ce İl : “Bir müğənni deyil, ancaq mahnı oxumaqda yaxşı olduğunu eşitdim və videolarına baxdığımda bunu etməsinin onun üçün uyğun olacağını düşündüm.”-dedi.
Kim Qo In isə səsləndirəcəyi mahnını dinlədikdən sonra üstündə çox işləmək məcburiyyətində olacağını düşündüyünü dedi. Aktrisa daha əvvəl ekranlarda heç mahnı ifa etməmişdir və bu nadir hallarda görüləcək bir performans oldu.
Kim Qo In daha əvvəl şəxsi proyektləri üçün film musiqilərini səsləndirdi. Bu mövzuda isə “Özümü mahnı oxuyarkən görəndə utanıram və gizlənmək istəyirəm. Mahnı oxuyanda səsim olduğundan daha fərqli çıxır”- dedi.
Proqram üçün üstündə işlədiyi Patti Kim ifasından bəhs edən Kim Qo In, “Mahnının sözləri çox gözəl və şeir kimi olduğundan çox bəyəndim” – dedi. Aktrisa gözəl ifası ilə izləyiciləri valeh etməyi bacardı.
Redaktə: Gülər Nursu
Elmina Səfərova
Latest posts by Elmina Səfərova (see all)
- YG Entertainment G-Dragon və Taeyang-dan səhnə adlarını ala bilər - 12 Dekabr 2019
- Yaxın müddətdə BTS-in geri dönüşü gözlənilir - 10 Dekabr 2019
- Nam Ci Hyon(Nam Ji Hyun) MBC-nin yeni serialında İ Cun Hyok(Lee Joon Hyuk) ilə birgə rol alacaq - 10 Dekabr 2019