Aprelin 28-i Olive’s ‘Everyone’s Kitchen’ verlişinin yayımı zamanı Kim Çunqha (Kim Chung Ha) keçmiş əziyyətləri haqqında danışdı.
Kvanqhi (Kwanghee) ondan soruşdu: “Təcrübəçi vaxtlarının ən ağır hissəsi nə idi?” Çunqha cavab verdi ki, “Yanlış ümid.” O, izah etdi: “Mən elə düşünürdüm ki, əgər aylıq qiymətləndirmələrdə özümü yaxşı göstərsəm daha tez debüt edəcəm amma eyni rejim yenə və yenə təkrar olunurdu. Mən bilmirdim nə vaxt çıxarılacam və bu, çox pis narahatçılıq hissi idi.”
Kim Çunqha bildirdi ki, o, çətin zamanlarında dostlarına müraciət edirdi. O əlavə etdi ki, “Mən hələ də IOI üzvləri ilə çox yaxınam. Hətta dünən onlarla görüşmüşəm.”
Latest posts by Gülsüm İbrahimova (see all)
- Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı - 16 May 2019
- Cenninin klipi 300 milyon baxış sayı qazanıb - 15 May 2019
- EXİD yeni ‘ME&YOU’ klipində ağ geyinmiş gəlinlərdən neon rənglilərə çevrildilər - 15 May 2019