Turbo qrupunun üzvü Kim Conq Kuk, 30-31 mart tarixində Ehwa Qadınlar Universitetinin Samsung zalında “Finding Kim Jong Kook” adlı 9 il sonrakı ilk solo konsertini verəcək. 22 fevralda satışa buraxılan biletlər cəmi 1 dəqiqə ərzində satıldı.
Biletlərin tez müddət ərzində qurtardığını eşidən Kim Conq Kuk: “ Mənə göstərdiyiniz qayğı və sevgi üçün təşəkkür edirəm. Gözləntilərinizi qarşılayaraq möhtəşəm bir performans göstərmək üçün ən yaxşısını edəcəm.” – deyə, öz sevincini bildirdi.
“Finding Kim Jong Kook” müğənninin 2009-cu ildə baş tutan “Just Listen” konsertindən sonra ilk solo konserti olacaq.
Latest posts by Elmina Səfərova (see all)
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020