//Kim Conq Hyon(Kim Jung Hyun), Hyon Bin(Hyun Bin) və Son Ye Cin ilə eyni serialda oynayacaq

Kim Conq Hyon(Kim Jung Hyun), Hyon Bin(Hyun Bin) və Son Ye Cin ilə eyni serialda oynayacaq

İyul ayının 15-i aktyorun şirkəti yaxınlaşmaqda olan “Crash Landing of Love” adlı serialda Kim Conq Hyonun baş rol obrazı canlandıracağını təsdiqlədi.

”Crash Landing of Love” yamac paraşütü zamanı şiddətli külək əsintisinin təsirindən Şimali Koreyaya enmək məcburiyyətində qalan Yun Se Ri (Son Ye Cin) adında varlı bir varis haqqındadır.  Ri Conq Hyok (Hyon Bin) adlı Şimali Koreya əsgəri qoruyub, gizlədərkən Yun Se Ri-yə  vurulur.

Kim Conq Hyon gənc və varlı iş adamı olan Qu Con He obrazını canlandıracaq. Qəflətən iz belə qoymadan itən Qu Con He-nin başına müxtəlif hadisələr gəlir.

Bu serial aktyorun sağlamlığı ilə bağlı “Time” serialından ayrılığından sonrakı ilk geri dönüşüdür.

“Crash Landing of Love”, “My Love From the Star” və “Legend of the Blue Sea”  seriallarını qələmə alan Park Ci In (Park Ji Eun) tərəfindən yazılmışdır.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova