//“Kill It” serialının yeni fragmenti yayımlandı

“Kill It” serialının yeni fragmenti yayımlandı

Aktyor Canq Ki Yonq və “After School” qrupundan Nananın baş rolları oynadığı “Kill It” (keçmiş adı “Blue Eyes”) sierialının üçüncü fraqmenti yayımlandı.

Serial, öldürmək məcburiyyətində olan bir adam (Canq Ki Yonq) ilə o adamı tapmaq məcburiyyətində olan bir qadının (Nana) ətrafında fırlanır. Adam ailəsini tapmaq üçün qatil olur. Qadın isə ölən sevgilisinin intiqamını almaq üçün adamın izinə düşür.

Yayımlanan fraqmentlərdə, Kim Su Hyun xarakterini canlandıran Canq Ki Yonq xarakteri yer alır. Onun serialda xarakteri, bir baytardır. Ancaq həqiqətdə heç kəsin bilmədiyi bir qatildir.

Serialın ilk bölümü 16 martda yayımlanacağı gözlənilir.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan