//Khalid, BTS ilə olan dostluğu və gələcəkdəki əməkdaşlıqları haqqında danışdı

Khalid, BTS ilə olan dostluğu və gələcəkdəki əməkdaşlıqları haqqında danışdı

Amerikalı müğənni və söz yazarı Khalid, Good Morning Britain” a müsahibə verərkən BTS-dən danışdı.

Müğənnidən BTS ilə olan dostluğu haqqında soruşulub. Khalid : “ Bir-birimizin qarşılıqlı pərəstişkarıyıq. Sırf bir-birimiz ilə eyni dili danışmamağımız mütləq dost ola bilməyəcəyimiz anlamına gəlmir.”

”Sadəcə möhtəşəm və qeyri-adi olduqlarını , hər şeyə layiq olduqlarını hiss edirəm.” –deyə bildirib.

Həmçinin məşhura gələcəkdə birlikdə əməkdaşlıq edəcəkləri haqqında da suallar verilib. Khalid : “ Əməkdaşlıq haqqında mütləq görüşlərimiz var. Bunun möhtəşəm olacağını hiss edirəm.”

Həmçinin RM daha öncə bir radyo verlişində Khalid ilə əməkdaşlıq edəcəklərini təsdiqləmişdi.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova