Keçmiş YG Entertainment işçisi BLACKPINK-in heyət üzvlərinin niyə ancaq qadınlardan ibarət olduğunun səbəbini açıqlayıb.
Martın 12-də Youtube kanalı ‘후커 들 (Hu Keo Deul)’ YG-nin keçmiş işçisi olduğunu iddia edən bir şəxslə müsahibə apararaq video yayımlayıb. Videoda həmin işçinin şəxsiyyəti gizlədilib. Keçmiş işçi BLACKPINK-in yanında heç bir kişi heyəti olmadığını söyləyib və həmçinin deyib:
“BLACKPINK YG Entertainment adı altında ola bilər, ancaq BLACK Label-dən Teddy onlara rəhbərlik edən şəxsdir. Teddy üzvlərin olduqca cəzbedici olduğunu bilir və ətraflarında kişi heyəti olmasına nifrət edir. Buna görə işçilərinin hamısı qadındır. ”
Həmçinin əlavə edək ki, YG qadın idollar və müğənnilərə qarşı həssasdır. Köhnə qrupu 2NE1 üzvü Minzy 19 yaşını doldurana qədər səhnədə ancaq şalvar geyinərək çıxış edirdi
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020