//Keçmiş idollar idolların gizli tanışlığı və münasibəti haqqında danışdılar

Keçmiş idollar idolların gizli tanışlığı və münasibəti haqqında danışdılar

3 keçmiş k-pop idolu musiqi sektoru dünyasında tanışlıq və görüşlərin necə keçdiyi haqqında danışdılar.

Тina ( Blady-nin keçmiş üzvü), Eddi ( JJCC üzvü, hansı ki, 2017-ci ildən aktiv deyil) və Аleks ( HIGH4-ün keçmiş üzvü) «IDOL INSIDER» adlı 20 dəqiqəlik video çəkiblər. İlk öncə onlar idolların nömrələrini bir-birlərinə verdiyi məşhur Inkigayo sendviçləri haqqında danışdılar. Xəbərlərdə çıxmayana qədər bu metod haqda eşitmədiklərini və heç vaxt bu sendviçlərdən almadıqlarını dedilər.

Keçmiş idollar digər tanışlıq üsullarını qeyd etdilər, məsələn, albomun içinə nömrəni qoyub başqa idola göndərmək. Lakin, ən çox yayılan üsul ortaq dostlar vasitəsilə tanış olmaqdır. Тina bunun ən təbii üsul olduğunu söylədi.

Aleks isə utanmadığını, heyəti və ətrafdakı digər insanları vecinə almadığını dedi. O, dost olmaq və ya münasibətdə olmaq istəyindən asılı olmayaraq birbaşa yaxınlaşaraq nömrəni istəyirdi. Lakin hər kəs qeyd etdi ki, bəzi idolların debütün ilk ilində telefonu olmur, bəzilərinin isə hətta təcrübəçi vaxtı olmur. Тina bildirdi ki, idolların çoxu ikinci telefon alır və onu menecerlərdən gizlədir. Bəzilərinin isə iPad və ya planşeti var. Eddi gecə yarısı şirkətin iPod-nu oğurladığını və Wi-Fi kodunu tapmağa çalışdığını etiraf etdi.

Тina həmçinin söylədi ki, əslində çoxsu görüş təyin etmək üçün elektron məktublardan istifadə edir, amma cavabın gec gəlmə ehtimalı çox olduğu üçün bu üsul çətindir. Тinanın sözlərinə görə, idollar gecə adam az olan vaxt görüşürlər. О dedi ki, idollar kinoteatra ən son seansa gedirlər.

Аleks görüş üçün gizli yerləri məsləhət gördü, Eddi isə – Seuldan kənara çıxmağı. Оnlar habelə bildirdilər ki, idollar üzlərini nə qədər çox maska və eynəklə bağlasalar o qədər çox şübhəli görünüşə görə ifşa olunacaqlar. Оnlar hətta ən məşhurların belə üzlərini gizlətmədiyini etiraf etdilər.

Onlardan nə vaxtsa idol ilə münasibətdə olduqlarını soruşanda hər biri müsbət cavab verdi. Аleks dedi ki, musiqi sektorundasansa, öz hislərin haqda mahnı yazmalısan. Münasibətdə olmasan bu hissi unudacaqsan, nəticədə isə nə haqda oxuduğunu anlamayacaqsan.

ТinaEddi həmçinin söylədilər ki, prodüserlərin çoxu onlardan xoşladıqları adamı düşünərək ssenari düşünməklərini tələb edirdi, halbuki ilk vaxtlar onlara münasibətdə olmağa icazə verilmədiyindən onlar tələb olunan şeyi düzgün ifadə etməyi bacarmırdılar.