//“KBS2”-nin yeni serialı üçün “INFINITE”-dən “L” və Şin Hye Son(Shin Hye Sun) möhtəşəm görünür

“KBS2”-nin yeni serialı üçün “INFINITE”-dən “L” və Şin Hye Son(Shin Hye Sun) möhtəşəm görünür

KBS2-nin fantastik-romantika mövzulu yeni serialı “Dahn, One Love”, qadın obrazını Şin Hye Son və kişi baş rol obrazını isə “L”-in canlandıracağını bildirdi.

Yeni serial sevgiyə inanmayan soyuq bir balerina ilə yerə enmiş baş bəlası bir mələk arasında keçən sevgidən bəhs edir.

INFINITE qrupundan L, müvəqqəti olaraq cənnətdən qovulan Kim Dahn adında bir mələyi canlandıracaq. Cənnətə qayıtmaq üçün İ Yon So adında balerinanın “eşq tanrısı” olmalıdır.

İ Yon So obrazını canlandıran Şin Hye Son, gözəlliyi ilə hər kəsi qısqandıran varis rolundadır. Keçmişdə keçirdiyi qəza nəticəsində balerina olmaq xəyalları alt-üst olan İ Yon Son çarəsizlik içində yaşamaqdadır.

Serial mayın 15-i KBS2 ekranlarında yayımlanmağa başlayacaq.

Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova