//KBS, polisin 2016-cı ildə B.I ilə bağlı prokurorluğa hesabat verdiyini bildirdi + Prokurorluq hərəkətə keçmədi

KBS, polisin 2016-cı ildə B.I ilə bağlı prokurorluğa hesabat verdiyini bildirdi + Prokurorluq hərəkətə keçmədi

KBS, polisin 2016-cı ildə prokurorluğa B.I-la bağlı istintaq açmaq istədiyi ilə əlaqəli hesabat verdiyini, lakin prokurorluğun mövzu ilə bağlı hərəkətə keçmədiyini bildirən hesabat yayımladı.

KBS-nin 9 xəbərləri B.I-ın Dispatch tərəfindən ortaya çıxan KakaoTalk yazışmaları və LSD satın almağa çalışdığı hadisə ilə bağlı yeni məlumatlar bildirdi.

KakaoTalk mesajlarındakı narkotik satıcısı olan “A”-nın  Korrupsiyaya qarşı Mübarizə və Mülki Hüquqlara dair Komissiya İdarəsinə YG Entertainmentin 2016-cı ildə baş verən məsələnin gizli qalması ilə bağlı polislə əlaqəsi olduğunu bildirən hesabat göndərdiyi məlum oldu. Bu prosses zamanı “A”-nın Han So Hi (Han Seo Hee) olduğu ortaya çıxdı. Qyonqqi Polis İdarəsi 2016-cı ildə polislə qeyri-adekvat istintaq aparılıb aparılmaması ilə bağlı doğruları ortaya çıxarmaq  üçün yeni bir heyətin yaradıldığını bildirdi.

KBS-nin hesabatlarında Han So Hi-nin 2016-cı ilin 31 avqust tarixində vəkili vasitəsi ilə polisə əvvəlcədən verdiyi ifadəsinin dəyişdirildiyi göstərilir. Hesabatda B.I-ın həqiq adı olan Kim Han Bin aydın şəkildə göstərilir və Han So Hi-nin daha öncə B.I üçün narkotik satın alıb ona təhvil etdiyindən bəhs etdiyi, lakin daha sonra vəkili vasitəsi ilə ifadəsinin necə dəyişdirdiyi əks olunub.

Hesabatlarda  polisin həmin vaxtdan etibarən ifadə verməyə şübhə ilə yanaşdığı, Han So Hi-nin sərbəst şəkildə danışmağına icazə verilmədiyini və vəkil otaqdan müvəqqəti çıxan zaman Han So Hi-nin ağlamağa başladığı, “üzr istəyirəm”, “danışa bilməyəcəyim şeylər var”-dediyi bildirilir.

Polis hesabatlar ilə birlikdə Han So Hi-nin təhvil verdiyi KakaoTalk mesajlarının hamısının istintaq üçün prokurorluğa göndərildiyini bildirdi. Bu cür detalların ortaya çıxması ilə istintaq zamanı  hesabat və dəlillərin olmasına baxmayaraq, polisin B.I-ın niyə araşdırılmadığı, həmçinin, nə üçün  Han So Hi-nin belə bir ifadə verməsindən sonra ölkə xaricinə çıxmasına icazə verdiyi ilə bağlı suallar ortaya çıxır.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova