//KBS kanalının yeni serialı “Dan, Only Love”-ın video-tizrı yayımlandı!

KBS kanalının yeni serialı “Dan, Only Love”-ın video-tizrı yayımlandı!

 

Aprel ayının 17-də yayımlanan “Dan, Only Love” serialının süjet xətti göydən yerə enmiş mələk ilə özündən razı balerin qızdan bəhs edəcək. Balerina sevgiyə inanmayan, varlı ailənənin yeganə mirasçısıdır. Göydən yerə enmiş mələk Dan geri qayıtmaq üçün, balerin qıza onun sevgi hisslərini axtarıb tapmağa yardımçı olmalıdır. Əsas məsələ ondadır ki, qəza nəticəsində balerina görmə qabiliyyətini itirib. Yayımlanan video tizr rəqs edən qızla başlayır. O səhnədə çıxış edir və belə deyir: “Nə vaxt ki mən həyatımın məqsədini itidim….” Dan gizli qapını açır və qız sözlərinə davam edərək “mən təkrar ayağa dura bilirəm. Tək və əbədi məhəbbət”. Videonun sonunda mələk kiməsə gülümsəyir və video tamamlanır. Qeyd edək ki serialın baş rol qəhrəmanlarını INFINITE qrupundan  L və Şin He Sun (Shin Hye Sun) oynayacaq.