//KBS Blackpink-in ‘Kill This Love’ klipini qadağa etdi

KBS Blackpink-in ‘Kill This Love’ klipini qadağa etdi

BLACKPINK-in “Kill This Love” klipi KBS tərəfindən qadağan olundu

KBS musiqi kliplərinə olan rəy nəticələrinə görə “Kill This Love” klipi yol qaydalarının pozulmasına görə KBS yayımı üçün yararsız hesab edilmişdir.

“Kill This Love” klipində Rose təhlükəsizlik kəməri taxmadan avtomobil idarə edir.

 

KBS habelə Pak Bomun “4:44“, Kim Donq Hanın “Focus” və Ço Cunq Minin (Cho Jung Min) “Ready Q” kliplərini qadağan edib. Klipləri yenidən redaktə etmək və yeniləməyə icazə verildi. Əgər edilməsə KBS-də yayımlana bilməyəcəklər.