İkonik moda dizayneri, bədii rəhbəri, fotoqraf və sənətçi Karl Lagerfeld , uzun çəkən xəstəlikdən sonra dünyasını dəyişib.
Karl Lagerfeld təkcə avropadakı moda dünyasını dəyişməyib. K-popdakı məşhur ikonlarla da yaxından dost olub.
Başlanğıc olaraq, xüsusi dəvətlərə çağırdığı ən yaxın dostu BİGBANGdan G-Dragon idi.
İki stilist və trend təyin edici, sıxlıqla bir-birlərinə hədiyyə verərək, fikir alış-verişində olurdular.
G-Dragonla dostluğu sayəsində Karl Lagerfeld CL ilə tanış olub.
CL trend təyin edən , əfsanəvi dizayner ilə tez müddət ərzində dost oldu.
Super Juniordan Şivon(Siwon) ilə Karl Lagerfeldin sevimli dostluğunu kim unuda bilər ki? İkisi də moda aləmində böyük dostluqlar qurduğu üçün dünyanın dörd bir yanından bir araya gəlirdilər.
Şivon həmçinin Chanel moda sərgisində möhtəşəm görünən Yuna(Yoona) ilə Karl Lagerfeldi tanış edib.
Şivon başqa bir moda sərgisində aktrisa Cunq Ryo Von(Jung Ryeo Won) ilə Karl Lagerfeldi tanış edib.
Söyləməyə ehtiyac yoxdur ki, Karl Lagerfeld Suci(Suzy) ilə də tez bir zamanda dost olub.
Koreyadakı ən məşhur moda anlayışı olan aktrisa Pak Şin Hye(Park Shin Hye), Karl Lagerfeldə yaxın olan məşhurlardandır.
35 il Chanel moda markası üçün yaradıcı direktor olaraq çalışan Karl Lagerfeld, Koreya şou-biznesində ən məşhur adların geyim üslublarına dərindən təsir göstərib.
(Sağdan sola : Cenni(Jennie), Kristal(Krystal) , Cesika(Jessica) , GD və Cimin(Jimin)).

- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020