//Kanq Ha Nıl (Kang Ha-neul) hərbi xidmətini tamamaladı

Kanq Ha Nıl (Kang Ha-neul) hərbi xidmətini tamamaladı

 

May ayının 23-də aktyor Kanq Ha a Nıl (Kang Ha-neul) öz hərbi xidmətini tamamlayıb. KİV-nin qarşısına çıxan aktyor öz təəccübünü saxlaya bilməyib. Pərəstişkarların çoxluğunu görən aktyor həyacanını öz gülüşü ilə gizlətməyə çalışıb. Dərhal KİV-nin suallarını cavablandırmağa çalışan aktyor müsahibə verib. “Hərbi xidməti ilk dəfə tamaladığıma görə nə deyəcəyimi heç özüm bilmirəm. Məni görmək üçün bura gəldiyiniz üçün sizə minnətdaram. Utanmağıma baxmayaraq çox xoşbəxtəm”. Hərbi xidmətdən hansı təəssüratlar ilə qayıtmısan sualına aktyor: “Həqiqətən, burada olduğum müddətdə çox şeyi öyrəndim. Burada keçirdiyim hər bir gün mənim üçün xöşbəxtlik idi. Bir çox şey öyrəndim, oxudum. Bu 2 il mənim üçün çox dəyərli oldu. Məni gözləyən hər bir kəs çox sağ olsun“. Ənənəvi sual olan ilk edəcəyiniz iş nə olacaq sualına Kanq Ha a Nıl (Kang Ha-neul): “Mən öz valideynlərim ilə hələ əlaqə salxaya bilməmişəm. İlk edəcəyim iş bir pivə alıb evdə içmək olacaq” deyə cavab verib. Hansı qadın qrupunun ona dəstək olduğunu sualına isə aktyor: “Mən bütün qrupları bəyənirəm. Amma bu gün səhər mən ekranlarda Lovelyz və TWICE qrupunu gördüm. Daha əvvəldən Red Velveti göstərirdilər”. deyib.Nəhayət ,aktyor üzünü pərəstişkarlarına tutaraq belə deyib: “Uzun zamandan sonra sizi yenidən salmalayıram. Bu gündən etibarən biz təkrar görüşəcəyik amma artıq əsgər kimi deyil”. Qeyd edək ki, sevilən aktyor KBS2 kanalının yeni serialı “When Camellia Blooms” serialında baş rol qəhrəmanı rolunu oynayacaq. Serialın süjet xəttinə əsasən Camella adında əyləncə məkanını işlədən yetim qızla tanış olan obrazı canlandıracaq. Qeyd edək ki ,serialda onun rol həmkarı məşhur aktrisa Qonq Hyo Cin (Gong Hyo-jin) olacaq. Aktrisa Qonq Hyo Cinin (Gong Hyo-jin) SBS kanalinin, 2016-ci ildə yayımladığı “Don’t Dare to Dream” serialından sonra ilk serialı olacaq. Eləcə də 2 illik hərbi xidmət fasiləsindən sonra aktyor Kanq Na Nılın (Kang Ha-neul).

Gəlin birlikdə aktyor Kanq Na Nılın (Kang Ha-neul) çıxışına baxaq.