Vəkil Son Conq Mun, Kanq Danielin BİGBANG-dan Sınqri və iddia edilən skandallarla olan əlaqəsini rədd edib.
11 martda MBC-nin “Section TV” yayımında Kanq Danielin vəkili, müğənni və şirkət arasındakı mübahisələrdən danışmaq üçün proqrama qatıldı.
Yayım zamanı Son Conq Mun, Kanq Daniel ilə Sınqri əlaqələrinin heç birinin doğru olmadığını deyərək cavablayıb. Danielin Sınqri ilə şəxsi olaraq tanışmadığını və “Burning Sun” klubuna heç getmədiyini bildirib.
Daha öncə Kanq Danielin 40 yaşındakı bir qadın tərəfindən Hon-Konqdan dəstək aldığı bildirilmişdi. Qadının “Burning Sun” klubuna pul dəstəyi göstərən Tayvanlı həmin qadın olduğu deyilmişdi.
“Sadəcə iki Wanna One konserti oldu və Sınqri həmin konsertə Sonbe olaraq qatıldı. Hal-hazırda söz-söhbəti araşdırırıq və yaxın zamanda qanuni şəkildə cavab veriləcək.” –deyə bildirdi.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021