//Kanq Ci Hvan(Kang Ji Hwan) hadisəsindəki qadın qurbanlardan birinin 13 dəfə polisi yığdığı məlum oldu

Kanq Ci Hvan(Kang Ji Hwan) hadisəsindəki qadın qurbanlardan birinin 13 dəfə polisi yığdığı məlum oldu

Kanq Ci Hvanın təcavüz etdiyi deyilən 2 qurbandan birinin 13 dəfə telefon zəngi etməyə çalışdığı bildirildi.

Aktyor Kanq Ci Hvan qısa müddət öncə qurbanlardan sosyal şəbəkələr üzərindən aldığı mənfi rəylərə görə üzr istəmiş və polisə zəng etmədikləri üçün məyus olduğunu demişdi.

Netizenlərin reaksiyalarına cavab olaraq vəkil, Kanal A-ya “qurbanların polislə əlaqə qura bilməməsinin səbəbi evdə Wi-Fi xəttinin olmaması ilə bağlıdır.”-deyə açıqlama verib.

Vəkilin açıqlamasına görə qurban A-nın telefonunda polisə, Kanq Ci Hvanın şirkətindəki nümayəndələrə və tanışlarına ümumilikdə 13 dəfə zəng etməyə çalışdığı lakin Wi-Fi olmadığından bacarmadığını bildirib.

Qanqvon Polis İdarəsinin nümayəndəsi də o gecə təkrar-təkrar zəng edən biri olduğunu, lakin əlaqə qura bilmədiklərini təsdiqləyib.

Həmçinin polis yaxın zamanda 112-də çağrı şirkətində işləyən və iddia edilən cinsi zorakılığa şahid olan şəxsləri istintaqa çağırıb.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova