//Kang Daniel Fəaliyyətinə ara verdi+ Agentliyi Psixi Sağlamlığı ilə bağlı açıqlamalar verdi

Kang Daniel Fəaliyyətinə ara verdi+ Agentliyi Psixi Sağlamlığı ilə bağlı açıqlamalar verdi

Kang Daniel sağlamlığını bərpa etmək üçün fəaliyyətlərinə ara verir.

Dekabrın 4-də, Kang Danielin sağlamlıq problemləri səbəbiylə MBC Music’in “Şou Çempionu” proqramı üçün əvvəlcədən çəkilmiş çıxışını ləğv etdiyi bildirildi. Onun agentliyi KONNECT Entertainment, məlumat vermək üçün bir açıqlama yayımladı. Tam şərh aşağıdakı kimidir:

Salam. Bu KONNECT Əyləncə şirkətidir. Aşağıda sənətçimiz Kang Daniel ilə bağlı rəsmi açıqlamamız var.

” İlin ilk yarısından başlayaraq Kang Daniel zəif bir immunitet sistemi və psixoloji narahatlıq səbəbiylə sağlamlığı zəiflədiyi üçün xəstəxanaya baş çəkdi. Ətraflı müayinədən sonra ona depressiya və panik ataq diaqnozu qoyuldu. Bunun ardınca psixoterapiya və dərman vasitəsi ilə müalicəyə davam etdi. Kang Daniel, vəziyyətinə baxmayaraq əlindən gələni əsirgəməsə də, davamlı olaraq dəyişən mühitə görə son zamanlarda daha ağır narahatlıq simptomları olduğunu dilə gətirdi. Beləliklə, sənətçinim sağlamlığı və təhlükəsizliyi üçün kifayət qədər istirahət və sabitliyin ən yüksək prioritet olduğu qənaətinə gəldik.

Bu gün (4 dekabr) səhər saatlarında planlaşdırılan MBC Music-in “Şou çempionu” üçün əvvəlcədən çəkilən çıxışı ləğv etdik və qarşıdakı fəaliyyətlərini də normal şəkildə aparması mümkün deyil. Həqiqət budur ki, bu vəziyyətdə “Touchin” adlı mahnın fəaliyyətinidə davam etdirmək çətindir.

Bu qəfil xəbərlə əlaqədar narahatlığa səbəb olduğumuz üçün fanatlardan, yayım stansiyalarından, media orqanlarından və digər əlaqəli işçilərdən dərin üzr istəyirik. Kang Danielin sağlamlığını bərpa etməsi üçün mümkün olan bütün tədbirləri görəcəyik və bir sənətçini qorumaq üçün bir agentliyə verilən məsuliyyəti bir daha xatırlayacağıq. Bundan əlavə, Kang Danielin sağlamlığı və gələcək fəaliyyətləri ilə əlaqədar fərziyyələr etməməyinizi və anlaşılmazlıqlar yaratmamağınızı xahiş edirik. Onun sağalmasının gedişi barədə sizə məlumat verməyiniz üçün bir yol hazırlayacağıq. Bir daha, uğursuz xəbərlər gətirdiyimiz üçün üzr istəyirik və Kang Danieli sağ-salamat qayıdana qədər dəstəklənməsini xahiş edirik.”

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər