Üç illik sevgili münasibətlərindən sonra nəhayət ki, sevimli cütlük ailə həyatı qurmaq qərarına gəlib. Müğənninin agentliyi Dream Stone Entertainment tərəfindən verilən məlumatda cütlüyün noyabr ayının 9-da, Seul şəhərində, qapalı məkanların birində, sadəcə ailə üzvlərindən ibarət tədbir təşkil edərək evlənəcəkləri haqqında məlumat verib. Məlumatada belə deyilir: “Dream Stone Entertainment hamını salamlayır. Kan Mi Yon və Hvanq Ba Vul noyabr ayının 9-da, Seul şəhərdə yerləşən Donsun kilsəsində ailə həyatı quracaqlar. Hamıdan sevilən cütlüyü təbrik etməyinizi və onaların ünvanına ancaq xoş sözlər yazmağınızı xahiş edirik. Yeni həyata, ailə həyatına başlaya bilmələri üçün dəstəyinizi onlardan əsirgəməyin. Hamıya təşəkkür edirəm” Xatırladaq ki, Kan Mi Yon ilk dəfə Baby V.O.X qrupunun üzvü kimi 1997-ci ildə debüt edib. Hvanq Ba Vul isə musiqili şou “Viva! Freeze”nin aparıcısı kimi debüt edib. Hal-hazırda hər iki cütlük şəxsi və iş karyerasında uğurla irəliləyir.
Hansamo ailəsi adından biz də onları təbrik edirik!.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020