//Kam Vo Sonq və Kim Ha Nul Yeni Bir Serialda Birlikdə Rol Alacaqlar

Kam Vo Sonq və Kim Ha Nul Yeni Bir Serialda Birlikdə Rol Alacaqlar

Kam Vo Sonq və Kim Ha Nul JTBC-nin “The Wind Blows” adlı bir serialda baş rol olaraq birlikdə çalışacaqlar.

Serial, Alzheimer xəstəliyinə tutulduğunu öyrənincə həyat yoldaşının yaxşılığı üçün ondan boşanan bir adamın həyatından bəhs edir. Boşanan cütlük 6 il sonra təkrar qarşılaşır.

Kam Vo Sonq serialda Alzheimer xəstəliyinə tutulduğunu öyrəndikdən sonra həyat yoldaşından boşanan Do Hon xarakterini canlandıracaq.

Kim Ha Nul serialda Do Hon-un (Kam Vo Sonq) boşandığı həyat yoldaşı So Cin xarakterini canlandıracaq.

Serialın rejissoru “Sound of Your Heart 2”, “Bel Ami”, “Flower Boy Next Door” və “Flower Boy Ramen Shop” seriallarının,  “Lost and Found” filminin rejissoru  Conq Conq Hva-dır.

Ssenaristi isə “Mrs. Cop” hekayəsini qələmə alan Hvanq Co Ha-dır.

İlk seriyasının may ayında nümayiş olunması planlaşdırılır.