//K-Popun qaranlıq tərəfləri: Netizenlər

K-Popun qaranlıq tərəfləri: Netizenlər

Netizenlər

Əgər K-popla azda olsa maraqlanırsınızsa, “netizen“ sözünü mütləq eşitmisiniz. Netizen “citizen” və ”net” sözlərinin birləşməsi ilə yaranıb, internetdə rəy yazan insanlara deyilir. Koreya xəbərlərini yazan hər portalda, saytda “netizenlərin hadisəyə reaksiyası”, “X-in hərəkətlərinə netizenlər reaksiya verdi” kimi ifadələrlə rastlaşmışsınızdır. Bəs nə üçün netizenlərin fikri bu qədər vacibdir? Koreyada qruplar böyük şirkətlərə tabedir və bu şirkətlər medyanı ələ alabiləcək qədər güclüdür. Koreya mediasında çıxan xəbərlərin çoxu sifariş olunan xəbərlərdir. Məsələn: “X qrupunun Yaponyadakı uğuru”, “X qrupunun yeni mahnısı musiqi siyahılarında zirvəyə yerləşdi” . Hər hansı bir qrupun skandalı çıxıbsa, həmin şirkətin medya işçiləri qrup haqqında skandalları örtmək üçün yalan yanlış xəbərlər çıxarır. Vəziyyət belə olduqda isə netizenlər özləri doğruları tapmağa çalışaraq, gördükləri hər xəbəri sorğulamağa başlayıblar. T-ara qrupunun skandalından sonra netizenlər daha aktiv olaraq rəy bildirməyə başlayıblar. Bir nöqtədən sonra hər şey dəyişib və netizenlər artıq özləri internet zülmkarlarına çevrilib. Artıq şüarları: “günahsız olduğu sübut edilənə qədər hər kəs günahkardır və təhqir edilməyə layiqdir.” şəklindədir.

Netizenlərin səbəb olduğu bədbəxtçiliklər olduqca çoxdur. İndiyə qədər çıxardıqları söz-söhbətlər minlərlə məşhurun kariyerasını bitirib. Hətta etdikləri təhqir və təzyiqlər məşhurları özünəqəsd etməyə məcbur edib.

İ In Ci(Lee Eun Ji) adlı aktrisa “The Scarlet Latter” adlı filmdə oynadığı səhnədən sonra, o qədər tənqidlə qarşılaşdı ki, 2005-ci ildə tənqid və təhqirlərə dözə bilməyib canına qəsd etdi. Öz qanı ilə yazdığı məktubda “Mən ailəmi utandırmaq istəməmişdim. Ana, səni çox sevirəm. Sadəcə biraz pul qazanmaq istəmişdim.” ifadələrini işlədərək həyatla vədalaşıb.

Acı bir təsadüfdür ki, 2 il sonra eyni adlı 16 yaşındakı qızcığazında, netizenlərin səbəb olduğu ölüm hadisəsi oldu. Bu səfər həmin rolu Super Junior fanları elflər oynadı. 16 yaşındakı qızcığaz oppaları ilə şəkil çəkdirmişdi və həmin şəkildə SuJu üzvləri əlini qızın çiyninə qoymuşdu. Qısqanclıqla başa çıxa bilməyən netizenlər internetdə və məktəbdə qıza qarşı zorakılıqlar edib. Qızcığazın evinin və məktəbin divarlarına nifrət dolu yazılar yazaraq qızı canından bezdiriblər. Nəhayət, bütün olanlara dözməyən qız intihar edib.

Başqa bir nümunə : Tablo

Bir qrup netizen Tablonun Stanforddan məzun olmadığını, həmçinin şəxsiyyət dələduzluğu etdiyi iddiasını qaldırdı və Tacinyo adlı qrupu qurdular. Qrupu qurmaqda məqsədləri Tablodan doğruları tələb etmək olduğunu bildirən qrupun tək etdiyi Tablo və ailəsinə qarşı zorakılıq oldu. Belə ki, qrupun bəzi üzvləri məhkəmədə əsil məqsədlərinin Tablo və ailəsinin intihar edənə qədər dayanmamaq olduğunu söyləyib.

Bir çoxunuzun bildiyi kimi BIGBANGdan T.O.P ,narkotik istifadəsi ilə bağlı günahlandırıldı və qrup üzvü bunu qəbul etdi. Hadisə ilə bağlı əsgərliyi yanan Sınqhyon günahını qəbul edərək , lazımi cəzanı almağa razı olduğunu bildirdi. Lakin, netizenlər yenə rahat durmayaraq, təhqir və tənqidlər etməyə başladılar. İyunun 6-sı Sınqhyon normadan artıq dərman içərək , həyatına son verməyi qərar aldı. Huşsuz vəziyyətdə xəstəxanaya qaldırılan Sınqhyonun xəbəri pərəstişkarlarını və onu tanıyanları nə qədər sarsıtsa belə ,netizenlər bunun qurma və yalan olduğunu iddia etdi. Rəylərdə “öl !” “Sən ölməyə layiqsən!” “Yox ol!” kimi ifadələr işlətsələrdə, daha sonra “Səndən üzr istəməyini istəmişdik , ölməyini yox!” kimi rəylər yazaraq üzsüzlüklər etdilər.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova