//K-pop lüğəti

K-pop lüğəti

 

“Hallyu dalğası” ilə rastlaşanda özümüz özümüzə K-pop nə deməkdir? k-poperlər kimlərdi? suallarını veririk. Bu məqaləmizdə bəzi anlayışları sistemləşdirməyə çalışacağıq. Deməli belə k-poper- Koreya mahnılarını dinləyən, Koreya musiqi qruplarını izləyən, ümumiyyətlə Koreya estradası ilə marağlanan hər kəs “Hallyu dalğası”-na daxildir və k-poper adlanır. K-pop sözünün hərfi mənası: ingilis sözü olub “Korean pop” deməkdir. Bu sözün ümumi mənası Cənubi Koreyada yaranan, özündə qərb elementlərini, elktro-pop, hip-hop, rəqs musiqisini və müasir ritm və bluesı özündə cəmləşdirən musiqi janrınn qısadılmış formasıdır. Əvvəlcə musiqi janrı kimi yaranan K-pop, sonradan bütün dünyadakı gənclər arasında yayılaraq, geniş miqyaslı musiqi mədəniyyətinə çevrilərək daha da məşhurlaşdı. Gəlin sizinlə birlikdə k-pop lüğəti ilə tanış olaq.

1. All-kill

Mənası: Hər hansı k-pop  qrupunun və ya müğənnisi  mahnısının  bütün həqiqi zaman musiqi siyahılarında birinci olmasi “All-kill” , bir musiqi bir neçə həfə, fasiləsiz olaraq bütün musiqi siyahılarında birinci olaraq  “All-kill”  etməsi “Perfect All-kill”  adlandırılır. Məsələn ” BTS, geri dönüş mahnısı ilə “Perfect All-kill” statusunu qazandı”.

2. İdol

Mənası: Şou biznes nümayəndəsinin (müğənni, qrup.) cəlb edici görünüşü və digər xüsusiyyətləri ilə digərlərindən üstün olduğu mənasına gəlir. İdollar ulduzlar aləminin bir başqa kateqoriyasını təşkil edir.  Onlar ideal olmalıdırlar və pərəstişkarlarının əlçatmaz sevgi obyektinə çevrilməlidirlər. Monstar serialında deyildiyi kimi “Pərəstişkarlar üçün “idol” ulduz kimi olmalıdır. İnsanların ona əlçatması mümükünsüz olmalıdır”. İdolların qarşı cinslə sevgili kimi görüşməsi qadağandır. Bu, şərt idollarla müqavilə bağlandıqda ən əsas şərt  hesab olunur. Təsadüfi deyil ki, mətbuatda idollarla bağlı yayılan “boy friend”, “romantik əlaqələr” kimi məqalələr əsl qalmaqala səbəb olur. Adətən bu kimi yayılan xəbərlərdən sonra idolun agentliyi onun imidcini zədələməmək üçün xəbərləri  təsdiq etmir. Amma böyüyən qalmaqalın sonu idolun səhnədən getməsi ilə nəticələnə bilər.

3.İdol 4D

Mənası: Adətən bu ifadə hər hansısa idolın özünü “idol” kimi aparmadığı halda işlədilir. O, özünü daha qəribə, sanki öz dünyasında yaşıyırmış kimi aparanda işlədilən ifadədir. Qısası olaraq bizim yuxarıda qeyd etdiyimiz “İdol” kimi yox daha fərqli, çılğın, ağlına gələni edən birilərinə deyilir. Buna misal olaraq  Kim Ce Cunq (Kim Jae Joong) göstərmək olar. Onun haqqında ən çox yazılan cümlə ” Kim Ce Cunq (Kim Jae Joong) hardadır? heç kim bilmir. Amma birdən görürsən ki, sənin yanında dayanıb” budur.

4.Akqe pərəstişkarı

Mənası: Bütün qrupu deyil, qrupdan sadəcə bir nəfəri sevən, dəstəkləyən, pərəstiş edən pərəstişkarlara deyilir. Məsələn “EXO- da ən çox Suhonu sevirəm”.

5.Bias

Mənası: Sizin ən çox sevdiyiniz idol və ya məşhur insan. Pərəstiş etdiyiniz insanlar müxtəlif qruplardan olan konkret insanlar ola bilər. Buna görədə ən çox ən çox sevdiyim deyəndə “ultimate bias” sözünü işlətmək düzgün olur. Məsələn “G-Dragon-mənim sevimli biasım” dır deyə bilərsiniz.

6. Goods

Mənası: Sevdiyiniz qrupun logosu, atributu, onlara aid hər bir şey goods adlanır.  Məsələn: sevdiyiniz qrupun adı yazılan üzük, qulaqçıq, paltar və s. istənilən hər bir əşya goods adlanır. Hansı ki, belə əşyaları qrupun rəsmi internet səhfəsindən və ya digər səhfələrdən sifarişlə əldə etmək mümkün olur.

7. Drama

Mənəsı: Bizim dildə serial anlamına gəlir. Dramalar adətən müxtəlif janrlarda olur. 1 mövsüm üç ay davam edir. Hər bir mövsüm aylar üzrə qruplaşdırılır. Belə ki, yanvar ayı qış mövsümü, aprel ayı yaz, iyul ayı yay, oktyabr ayı payız mövsümü hesab olunur. Bir serialın ümümi sayı 16-24 arası olur. Bəzi hallarda istisnalar var. 1 hissə təqribən 1 saat və ya 1 saat 15 dəqiqə davam edə bilər. Ən məşhur Koreya seriallarından “Boys Over Flowers” , “Healer”, “City Hunter”, “Scarlet Heart” sizə nümunə göstərə bilərik. Düşünürəm ki, hər bir Koreya sevər bu seriallardan ən azı birinə baxıb.

8. Daebak

Mənası: Koreya sözü olan  bu ifadənin  mənası təəccüb yaradan, həzz verən, əla mənasına gəlir. Məsəln: “Daebak! Çıxış inanılmaz dərəcədə əla keçdi”

9. Come back

Mənası:Geri dönüş. Adətən hər hansı qrup və ya müğənni bir müddət fasilə verdikdən sonra albom və ya mahnı yayımlanmasına “come back” deyilir..

10. Maqne

Mənası: Koreya dilində 막내 kimi yazılan bu söz balaca mənasına gəlir. Məsələn: Maqne EXO-Sehun cümləsi “EXo qrupunda yaşca ən balaca üzv Sehundur” deməkdir. EXO qrupunun oğlanları adətən belə deyirlər “우리막내세훈/ uri maqne Sehun” (Bizim balaca üzvümüz Sehun). Qeyd edək ki, həmin söz yaş balacası mənasında işlədilir.

11. Netizen

Mənası: İngilis dilində olan bu söz “net” və “citizen” sözlərinin birləşməsindən əmələ gəlib. İnternet vətəndaşlar, sosial şəbəkə istifadiçələrinə adətən belə müraciət edirlər. Bəzi hallarda netizenlərə kiber vətəndaşlarda deyilir. Netizenler böyük bir kütlədən, ordudan ibarətdirlər. Hər hansı hadisə baş verdikdə netizenler dərhal öz fikirlərini, rəylərini hər hansı hadisəyə münasibətlərini yaxşı və ya pis (adətən pis rəyləri daha çox olur) sosisal şəbəkələr vasitəsi ilə bildirirlər. Onların yazdıqları fikirlər hər hansı bir hadisənin yönünü, formasini tamamilə dəyişəcək gücə malik olur. Netizenlər haqqında buradan oxuya bilərsiniz.

12. Olccanq

Mənası: Koreya sözündən əmələ gələn bu ifadə ən gözəl sima anlamına gəlir. Bu ifadə təkcə real həyatda deyil, eləcədə sosial şəbəkələrdə daha çox istifadə olunur. Olccanq sözünü adətən üz gözəllyi sayəsində məşhurluğu əldə edən insanlara şamil edirlər. Saytımızda ayrıca mövzu olaraq bu haqda geniş paylaşım etmişik. Ən məşhur olccanqlar haqqında buradan oxuya biləsiniz.

13. Sasenq

Mənası: Korea dilindən 사생 pərəstişkar sözündən yaranan bu ifadə adətən hər hansı sevdiyi muğənni, aktyora pərəstiş etməkdən əlavə onun həyatına müdaxilə edən, onu hər yerdə adım-addım izləyən qorxulu pərəstişkarlara deyilir. Bu o qədər ciddi problemdir ki, həttda idollar, müğənnilər onlardan qorxurlar. Bəzi sasenqlər  bəzən çox təhlükəli pərəstişkarlara çevrilərək sevdikləri idolların həyatın təhlukə altında qoya bilirlər. Onların nə dərəcədə təhlükəli ola biləcəkləri haqqında buradan oxuya bilərsiniz.

14. Donqsen

Mənası: 동생 -sözünün hərfi mənası balaca qardaş deməkdir. Koreyaylılar dostluq münasibətində olduqları yaxın insanlara, ailə üzvü kimi donqsen deyə müraciət edirlər. Balaca qardaş və ya bacıya , böyük qardaşa hen/oppa , böyük bacıya onni/nuna deyə müraciət formaları vardır.

15. Fighting

Mənası: İngilis sözündən götrülüb “uğur” arzulamaq, dəstəkləmək mənasında istifadə olunur.

16. Fanwar

Mənası: Müxtəlif idolları sevən pərəstişkarların davasına “fanwar” deyə ifadə edirlər.

 

Hörmətli oxuyucular qeyd edək ki, yuxarıda yazılan bəzi sözlər öz dilimizdə hərfi tərcümə olunması münasib deyildir. Çünki  rus, türk istərsədə ingilis pərəstişkarları üçün məsələn “idol” elə idol olmalıdır. Həmin sözü öz dilimizə tərcümə etməklə əsl mənasını itirməsinə səbəb ola bilərik. Necə ki, bütün dünyada BTS sevərlər ARMY-lər adlanır. Bu söz ingilis dilindən tərcümədə “Adorable Represetatives Mc for Youth” “gənclər üçün mükəmməl nümayəndə” mənasına gəlsəsdə çox insan bunu “ordu” kimi tərcümə edir. Buna görə bəzi anlaşımamazlıq yaranır. Onlara başqa ad vermək və ya öz dilimizə tərcümə etmək düzgün deyil. Bütün dünya bilir ki, ARMYlər kimlərdir.